Rusiya Hərbi Hava Qüvvələrinə məxsus “İlyuşin İl-62M” hərbi təyyarəsi Şimali Koreyaya eniş edib. Təyyarə paytaxt Pxenyanda cəmi 2 saat dayanıb. Müəmmalı təyyarə ilə bağlı rəsmi açıqlama verilməsə də, hərbi analitiklərin bəzi təxminləri var. Rusiya Hərbi Hava Qüvvələrinə məxsus İlyuşin İl-62M tipli hərbi təyyarə Rusiyanın paytaxtı Moskva yaxınlığındakı Çkalovski Hərbi Hava Bazasından havaya qalxıb. Hərbi təyyarə Şimali Koreyanın Sunan Beynəlxalq Hava Limanına enib və cəmi 2 saat yerdə qalıb. Bu il Şimali Koreyaya ilk təsdiqlənmiş uçuş olsa da, səfərin təfərrüatları ilə bağlı rəsmi açıqlama verilməyib.
Hərbi analitiklər təyyarədə Rusiya rəsmilərinin ola biləcəyini ehtimal edirdilər. Məlumdur ki, əvvəllər də hərbi-strateji danışıqlarla bağlı analoji uçuşlar həyata keçirilib. Ukrayna müharibəsində Rusiyaya dəstək verən Şimali Koreya ilə Moskvanın son hərbi əməkdaşlığı diqqət çəkən məqamdır. ABŞ və Qərb kəşfiyyat mənbələri Şimali Koreyanın Rusiyaya döyüş sursatları, artilleriya sistemləri və ballistik raketlər verdiyini bildirir. Kiyev kəşfiyyatının məlumatına görə, Rusiya ordusunun Ukraynada istifadə etdiyi sursatın təxminən yarısı Şimali Koreyadan gəlir.
Digər tərəfdən, Ukrayna müharibəsində yaralanan bəzi əsgərlərin Şimali Koreyada müalicə olunduğu da məlumdur. Bu yaxınlarda “Guardian” qəzetinə danışan rus əsgər, Ukrayna cəbhəsində 2 il döyüşdükdən sonra qəlpə yarası ilə yenidən Vladivostoka göndərildiyini, ancaq yer qalmadığı üçün Şimali Koreyaya göndərildiyini bildirib.
AZI 20 RUS ƏSGƏRİ VAR
Rus əsgər əvvəlcə paytaxt Pxenyana, daha sonra isə ölkənin şərq sahilindəki Vonsan şəhərindəki səhiyyə müəssisəsinə getdiyini bildirib. Müəssisədə daha az 20 rus əsgərinin müalicə olunduğunu bildirən Aleksey, “Yeməklər dadsız idi, ət də yox idi” deyib. Spirtli içki tapmağın olduqca çətin olduğunu da bildirən o, ölkədə keçirdiyi vaxtla bağlı “Gözlədiyim kimi olmadı” bildirib.
Aleksey obyektlərin təmiz olduğunu, əsgərlərin hovuz və saunadan istifadə edə biləcəyini desə də, “Bununla belə, növbəti dəfə daha tanış bir yerdə müalicə olunmağı üstün tuturam” deyib.
Mənbə: TgrtHaber