23 C
Baku
27 İyul 2025, 3:38
Baş xəbər

Şimali Koreyadan Rusiyaya dost atəşi! Çeçen hərbçiləri vuruldu: 8 ölü

Şimali Koreyanın Ukraynaya qarşı döyüşmək üçün Rusiyaya qoşun göndərməsinin əks-sədası davam edir. Ukrayna Müdafiə Nazirliyinin Kəşfiyyat İdarəsindən son dəqiqə iddiası gəldi.

Açıqlamada Kursk bölgəsinə göndərilən Şimali Koreya əsgərlərinin Rusiya adına döyüşən Çeçen Axmat birliklərinə dost atəşi açması nəticəsində 8 çeçen əsgərin həyatını itirdiyi bildirilib.

Açıqlamada qəzanın Rusiya və Şimali Koreya qoşunları arasında dil baryeri nəticəsində baş verdiyi bildirilib və bu maneənin cəbhədə çətinliklər yaratmağa davam etdiyi vurğulanıb. Ukrayna Müdafiə Nazirliyinin Kəşfiyyat İdarəsi Şimali Koreya əsgərlərinin Kursk vilayətində Rusiya adından döyüşən çeçen əsgərlərinə dost atəşi açması nəticəsində 8 çeçen əsgərin həyatını itirdiyini açıqlayıb. Onun Rusiya prezidenti Vladimir Putinə dəstəyi ilə gündəmə gələn Çeçenistan lideri Ramazan Kadırova bağlı birləşmələrin Ukraynaya qarşı rus ordusu ilə bərabər döyüşdüyü məlum olub.

Şimali Koreyanın Rusiyaya dəstək üçün cəbhəyə təxminən 12 min əsgər göndərdiyi bildirilir.

Mənbə: Tgrt

Aynur Camal

Oxşar xəbərlər

Polşada legionella bakteriyasından ölənlərin sayı 16-ya yüksəlib

Kəmalə Sultan

Həmas deyir ki, Qəzzada atəşkəsə mane olan Netanyahudur

Aynur Camal

Dəhşətli qəza oldu: 5 ölü, 25 yaralı var

Bugün TV

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu