Dünya

Şimali Koreyalı hakerlər çip istehsal edən şirkətlərimizi sındırdılar – Cənubi Koreya

Bugun.tv xəbər verir ki, bu barədə Cənubi Koreya Milli Kəşfiyyat İdarəsi (NIS) açıqlama yazılı verib. Sözügedən hakerlər iki çip avadanlığı şirkətinin serverlərinə sızaraq onların məhsul dizaynlarını və fotoşəkillərini oğurladıqlayıb. Açıqlamada Şimali Koreyalı hakerlərin ölkənin silah, raket və peyk proqramları üçün Cənubi Koreyanın çip istehsalçılarını sındırmış ola biləcəyinə diqqət çəkilib. “Şimali Koreya sanksiyalara görə əldə etməkdə çətinlik çəkdiyi çipləri istehsal etməyə hazırlaşır” qiymətləndirmə aparılıb.

NIS-in açıqlamasında çip və hissələri istehsal edən şirkətlərə kiberhücumlara qarşı lazımi tədbirləri görmələri barədə xəbərdarlıq edilib. Şimali Koreyalı hakerlərin Cənubi Koreya başda olmaqla bir çox ölkənin virtual varlıqlarına, rəsmi sənədlərinə və müdafiə sənayesi fəaliyyətlərinə qarşı hücumlar təşkil etdiyi məlumdur.

Digər tərəfdən, sözügedən hakerlərin 2016-cı ildən bəri təxminən 3 milyard dollar dəyərində virtual aktivləri oğurladığı bildirilib. Beynəlxalq müşahidəçilər oğurlanan bu pulların Şimali Koreyanın sanksiyalara məruz qalan nüvə və raket proqramlarına köçürüldüyünü qeyd ediblər.

Mənbə lenta.ru

Bugün TV

Oxşar xəbərlər

Dörd gün ərzində 22 sərnişin reysi bomba hədəsi ilə üzləşdi

Aynur Camal

Dərsləri daha səmərəli öyrənmək üçün 10 faydalı üsul

Aynur Camal

Evləri ayda 1 avroya kirayə verirlər – əvəzində biliklərini bölüşməyi istəyirlər

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu