27 C
Baku
29 İyul 2025, 2:20
Baş xəbərDünya

Şimali Koreyanın kəşfiyyat peyki Ağ Evin və Pentaqonun fotolarını çəkdi

Şimali Koreyaya məxsus hərbi kəşfiyyat peyk Ağ Evin, Pentaqonun və ABŞ-nin hərbi dəniz qüvvələrinin bazasının şəkillərini çəkib

Bugun.tv xəbər verir ki, Koreya Mərkəzi Xəbər Agentliyi (KCNA) bu barədə məlumat yayıb. Agentliyin xəbərində deyilir ki, KXDR lideri Kim Çen In artıq həmin fotoları görüb.

Hərbi kəşfiyyat peykinin ABŞ-nin daha bir neçə hərbi strateji məntəqəsinin, o cümlədən Norfolk hərbi dəniz bazasının, Nyuport tərsanəsinin və Virginiyadakı aerodromun, habelə Böyük Britaniyanın təyyarədaşıyan gəmisinin şəkillərini çəkdiyi bildirilib.

Qeyd edək ki, KXDR noyabrın 21-də “Çholima-1” daşıyıcı raketi vasitəsilə “Malligen-1” kəşfiyyat peykini uğurla orbitə çıxarıb. Pxenyan yaxın zamanlarda daha bir neçə peyki orbitə çıxarmağı planlaşdırdığını bildirib. Şimali Koreya cari ilin avqust və may aylarında bu istiqamətdə iki uğursuz cəhd edib. Kəşfiyyat peykinin bir neçə gün əvvəl Cənubi Koreya ərazisində mühüm obyektlərin fotoşəkillərini çəkdiyi açıqlanıb.

Bugün TV

Oxşar xəbərlər

Orqanizmi yuxarıdan aşağıya təmizləyən qida

Aynur Camal

Nə qədər yuxusuz qala bilərsiniz?

Aynur Camal

İran: ABŞ Qəzzada atəşkəslə bağlı ciddi deyil

Teymur Əziz

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu