31.3 C
Baku
10 Avqust 2026, 13:33
Baş xəbərDünya

Şimali Koreyanın Rusiyaya qoşun göndərməsinə cavab olaraq Cənubi Koreya Ukraynaya daha çox dəstək verə bilər

Cənubi Koreya prezidenti Yoon Suk-yeol Şimali Koreyanın Ukraynaya qarşı Rusiya tərəfində döyüşmək üçün qoşun göndərməsi müqabilində ölkəsinin Ukraynaya daha çox dəstək verməyi nəzərdən keçirəcəyini bildirib. İspaniyanın EFE xəbər agentliyinə danışan Yoon Pxenyanın Moskvaya silah da verdiyini iddia edib.

“Əgər onların hər ikisi təhlükəli hərbi avantüralarını dayandırmasalar, biz müttəfiqlərimiz və həmfikir ölkələrlə əməkdaşlıqda Ukraynaya dəstəyi gücləndirmək də daxil olmaqla, müvafiq effektiv tədbirlər həyata keçirməyə hazırıq”, – Yun bildirib.

Cənubi Koreya Milli Kəşfiyyat Xidməti dünən Şimali Koreya əsgərlərinin Ukrayna qüvvələrinə qarşı döyüşmək üçün Rusiyanın Kursk şəhərindəki cəbhə bölgəsinə hərəkət etdiyini iddia edib.

Ukrayna rəsmisi də eyni şəkildə 50 min rus və Şimali Koreya əsgərinin Ukraynaya qarşı döyüşmək üçün Kurska göndərildiyini iddia edib.

Prezident Yoon oktyabr ayında ölkəsinin “Rusiya və Şimali Koreya arasında hərbi əməkdaşlığın miqyasından asılı olaraq” Ukraynaya silah tədarükünü nəzərdən keçirə biləcəyini də açıqlamışdı.

Mənbə: TrtHaber

Aynur Camal

Oxşar xəbərlər

Ekspert: Vaşinqton anlaşmasından bir il sonra regionda yeni iqtisadi imkanlar yaranır

Aynur Camal

Ekspert: Paşinyanın İlham Əliyevə zəngi sülhün bərqərar olduğunun göstəricisidir

Aynur Camal

Ukrayna və Rusiya bir-birini ölümcül hücumlarda ittiham edir, Odessa limanına ziyan dəydi

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu