20 C
Baku
28 İyun 2025, 2:59
Dünya

Şimali Koreyanın zibil balonları Cənubi Koreyada yanğına səbəb olub

Şimali Koreyanın göndərdiyi zibil balonları Cənubi Koreyanın paytaxtı Seulda uçuşların qarşısını kəsib.

Həmçinin hava şarları damda yanğına səbəb olub.

Cənubi Koreya ilə Şimali Koreya arasında zibil balonu böhranı davam edir.

Cənubi Koreya rəsmiləri Şimali Koreyanın son 24 saat ərzində Cənubi Koreyaya təxminən 500 şar göndərdiyini və hava şarlarının paytaxt Seulda uçuşları əngəllədiyini bildirib. Koreya Hava Limanları Assosiasiyasından verilən açıqlamada dünən axşam saatlarında Seuldakı Gimpo hava limanında hava şarlarına görə təyyarələrin qalxıb enişində 2 saat gecikmə olduğu bildirilib. Bildirilib ki, ölkənin Gyeonggi əyalətində binanın damında hava şarları yanğına səbəb olub.

Eyni zamanda, son həftələr ölkənin mərkəzi olan İnçon hava limanında hava hərəkətinin tez-tez pozulduğu qeyd edilib.

Cənubi Koreya Baş Qərargahının sözçüsü Lee Sung-jun, bəzi zibil balonlarının yanğına səbəb ola biləcək vaxt təyin edilmiş partlayıcılarla təchiz edildiyini ifadə edərək, “Balonların üzərinə taymer qoyulur ki, bu da balonların müəyyən bir müddətdən sonra partlamasına və ətrafa yayılmasına səbəb olur».

Sung-jun qeyd edib ki, əksəriyyəti kağız və plastik zibildən ibarət 480 şar bu gün Cənubi Koreyaya gəlib.

Şimali Koreyanın dünən göndərdiyi zibil balonlarından bəziləri Seuldakı Prezident Ofisinə düşüb.

Mənbə: Haber Global

Aynur Camal

Oxşar xəbərlər

Diyetoloq, rahatlıq üçün təsirli bir içki tövsiyə etdi

Aynur Camal

Son bir həftədə 42 terrorçu zərərsizləşdirilib

Bugün TV

Avropa İttifaqı Nigeriyaya terrorla mübarizə üçün 300 milyon avro qrant verir

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu