36 C
Baku
20 İyul 2025, 15:00
Baş xəbərDünya

Şimali Makedoniyada matəm günü elan edilib

Xarici Xəbərlər. 

Şimali Makedoniya hökuməti Türkiyədə və Suriyada baş verən zəlzələlərlə əlaqədar fevralın 13-də ölkədə matəm günü elan edib.

Bu qərarı Şimali Makedoniyanın baş naziri Dimitar Kovaçevski sosial şəbəkədəki hesabında açıqlayıb.

“Şimali Makedoniya vətəndaşlarının zəlzələ nəticəsində həlak olanların yaxınları və ailələrinə başsağlığı verir, onlara dualar edir “, – Kovaçevski bildirib.

Baş nazir təbii fəlakət nəticəsində yaxınlarını itirənlərə başsağlığı verib: “Biz dövlət və millət olaraq zəlzələdən zərər çəkmiş və hər şeyini itirmiş insanlara yardım və dəstəyimizi davam etdirəcəyik”.

Qeyd edək ki, hökumətin bəyanatında vurğulanıb ki, ölkədə və Şimali Makedoniyanın xaricdəki diplomatik nümayəndəliklərində bayraqlar yarıya endirilib. Mənbə: Haber Global

Aynur Camal

Oxşar xəbərlər

Azərbaycanla Rusiya arasında sazişlər imzalanıb

Aynur Camal

Fransanın xarici işlər naziri Suriyanın ərazi bütövlüyünə hörmət etməyə çağırıb

Aynur Camal

Homo sapiensin mədəni inqilabının şərtləri açıqlanır

İntizar Əmirova

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu