4 C
Baku
14 Dekabr 2025, 21:00
Baş xəbərDigər

Sinoptiklər xəbərdarlıq etdi

Bugun.tv ,  “Oxu.az“-a istinadən bildirir ki, Bakıda və Abşeron yarımadasında iyulun 29-dan 30-u səhərədək şimal-qərb küləyinin 15-20 m/s, arabir 23-25 m/s, 29-da səhər yarımadanın bəzi yerlərində arabir 28-32 m/s-dək güclənəcəyi gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, iyulun 29-da havanın temperaturu ötən günlərlə müqayisədə 5-7 dərəcə aşağı enərək 25-28 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında iyulun 29-dan 30-da səhərədək bəzi dağlıq və dağətəyi rayonlarda arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısamüddətli leysan xarakterli olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Qərb küləyinin arabir 15-20 m/s, ayrı-ayrı yerlərdə arabir 25-30 m/s-dək güclənəcəyi gözlənilir.

Çaylarda suların artacağı, bəzi dağ çaylarından qısamüddətli sel keçəcəyi ehtimalı var.

Müxbir: İntizar Əmirova

Bugün TV

Oxşar xəbərlər

“G7 Zirvə toplantısı ona qadağa qoyulmalıdır”

Aynur Camal

Paşinyan: “Müstəqilliyi qorumaq üçün sülh yolu ilə getməliyik”

Bugün TV

Azərbaycan Prezidenti İlham Əliyev xalqa müraciət edib

Bugün TV

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu