14 C
Baku
22 Noyabr 2024, 10:32
Dünya

Sinqapur təyyarəsində yaranan turbulentliyin səbəbi məlum oldu

Havada terror yaşadılar!

Ötən həftə Londondan Sinqapura uçan təyyarənin turbulentliyə girməsi nəticəsində bir nəfərin həyatını itirdiyi hadisənin ilkin istintaq hesabatı açıqlanıb. İlkin araşdırmalar nəticəsində təyyarənin turbulentliyə girməsinin səbəbi məlum olub. İngiltərənin paytaxtı Londondan Sinqapura uçan təyyarənin turbulentliyə girməsi nəticəsində 1 nəfər ölüb, onlarla sərnişin yaralanıb.

Sinqapur Nəqliyyat Nazirliyi nəzdində Nəqliyyat Təhlükəsizliyi Araşdırma Bürosu (TSİB) mayın 21-də havada baş verən dəhşət anları ilə bağlı ilkin araşdırmasını yekunlaşdırıb.

Mütəxəssislər tərəfindən açıqlanan hesabatda Sinqapur Hava Yollarına məxsus SQ321 reysinin normal seyr edərkən 4,6 saniyədə 54 metr (178 fut) hündürlüyünü itirdiyi bildirilib.

Təyyarənin uçuş məlumatlarını (FDR) və kokpit səs yazıcısını (CVR) araşdıran ekspertlər tərəfindən hazırlanan hesabatda diqqətçəkən ifadələr yer alıb.

Qeyd edilib ki, təyyarənin şaquli sürətlənməsi 0,6 saniyə ərzində +1,35G-dən -1,5G-yə enməsi, kəmər taxmayan sərnişinlərin havaya qalxmasına səbəb olması səbəbindən cazibə qüvvəsində sürətli dəyişiklik olub. Bildirilib ki, şaquli sürətlənmənin saniyələr ərzində dəyişməsi havada olan sərnişinlərin yenidən aşağı düşməsinə səbəb olub.

Hesabatda həmçinin deyilir: “4,6 saniyə ərzində cazibə qüvvəsinin sürətli dəyişməsi hündürlüyün 178 fut (54 metr) azalması ilə nəticələndi. Bu hadisələr silsiləsi ekipaj və sərnişinlərin xəsarət almasına səbəb ola bilər”.

Mənbə: TGRT

Aynur Camal

Oxşar xəbərlər

Pentaqon: “Vaqner əslində bitdi”

Teymur Əziz

Soyqırım davam edir! Qaçqın düşərgəsinə bomba atdılar: Çoxları öldü

Aynur Camal

Küveyt Fələstinə dəstək üçün “hava körpüsü” qurdu

Bugün TV

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu