21 C
Baku
16 İyun 2025, 3:36
Dünya

Sionist rejim 200 döyüş təyyarəsi ilə İrana hücum etdi

Sionist rejim səhər saatlarında İranın nüvə obyektlərini və yüksək rütbəli hərbi rəhbərlərini hədəf alan hərtərəfli hücum həyata keçirib. İran 100 PUA ilə cavab verdi, rejim isə “qarşıda çətin günlərin olduğunu” açıqlayıb.

Səhər tezdən sionist rejim İrana genişmiqyaslı hava hücumu həyata keçirib. Rejim ordusu 200 döyüş təyyarəsi ilə İranın müxtəlif bölgələrində 100-ə yaxın hədəfi vurduğunu açıqlayıb. Hücumlarda 300-dən çox bomba istifadə edildiyi bildirilir.

İşğal rejiminin sözdə ordu sözçüsü Efi Deyverin səhər saatlarında verdiyi açıqlamada “qarşıda çətin günlərin olduğunu” və İranın reaksiyasının gözlənildiyini bildirib. Sionist rejim rəsmiləri bu hücumun “İranın nüvə silahı əldə etməsinin qarşısını almaq üçün başlanan uzunmüddətli əməliyyatın birinci mərhələsi” olduğunu iddia ediblər.

Hücumda İranın nüvə enerjisi infrastrukturu hədəf alınıb. Natanz nüvə obyektində partlayışlar baş verib. Bundan başqa, İran İnqilabı Keşikçiləri Korpusunun komandanı Hüseyn Səlami, Baş Qərargah rəisi Məhəmməd Baqeri, Xatəmul Ənbiya Qərargahının komandanı Qulam Əli Rəşid və çoxlu nüvə alimi şəhid olub.

İrana qarşı bu hücumdan sonra İran ordusu və HƏMAS başda olmaqla bir çox müqavimət hərəkatı sionist rejimə sərt xəbərdarlıq edib. İran sionist rejimə aid hədəflərə ən azı 100 pilotsuz uçan aparat göndərməklə ilk cavab tədbirini həyata keçirib. Bölgədə gərginliyin artması ilə sionist rejim həyəcan təbili çalıb və hava məkanını mülki vətəndaşların üzünə bağlayıb.

İran İslam İnqilabının Rəhbəri Ayətullah Seyid Əli Xamenei hücuma sərt reaksiya verərək, “Sionist rejim bu cinayətin əvəzini ağır ödəyəcək. Onları acı və qaranlıq aqibət gözləyir” deyib.

İran Baş Qərargahının sözçüsü isə birbaşa ABŞ və sionist rejimi məsuliyyət daşıyaraq deyib: Bu vəhşi hücumun qiyməti ağır olacaq.

Beynəlxalq ictimaiyyətin əksəriyyəti hücuma səssiz qalarkən, hücumun regional müharibə riskini ciddi şəkildə artırdığı qiymətləndirilir.

Mənbə: İlkha

Aynur Camal

Oxşar xəbərlər

Nipah virusu xəbərdarlığı edildi

Aynur Camal

ABŞ-da qar fırtınası: Ölənlərin sayı 11-ə çatdı

Aynur Camal

Dünyanın ən məşhur itkin düşmüş adamı ilə bağlı qalmaqallı iddia: “O uşaq mənəm” deyərək peyda oldu və həbs olundu

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu