33 C
Baku
20 İyul 2025, 22:06
Dünya

Sionist rejim dinc əhaliyə növbəti dəfə zərbə endirib: 11 şəhid, 25 yaralı

Sionist işğalçı rejimin Rəfəh şəhərində dinc sakinləri hədəf alan hücumunda 11 nəfər şəhid olub, 25 nəfər yaralanıb.

Qəzzaya qarşı qırğın və soyqırımını davam etdirən sionist işğal rejimi Rəfah şəhərində dinc sakinləri hədəfə alıb.

Hadisə şahidlərinin verdiyi məlumata görə, işğal rejiminə aid döyüş təyyarələri şəhərin şərqində Səlahəddin küçəsində mülki əhalinin olduğu nöqtəni bombalayıb.

Hücum zamanı azı 11 nəfər şəhid olub, 25 nəfər yaralanıb.

Bildirilib ki, yaralılar Qəzzanın Xan Yunus şəhərindəki Avropa Xəstəxanasına aparılıb.

Sionist işğalçı rejimin Qəzza zolağında qondarma ordusunun qırğın və soyqırımı 258 gündür ki, davam edir.

Hücumlarda indiyədək 37 min 396 nəfər şəhid olub.

Yaralananların sayının 85 min 523-ə yüksəldiyi bildirilib.

Mənbə: İLKHA

Aynur Camal

Oxşar xəbərlər

Ukrayna ABŞ-dan “sakit razılıq” aldı

Aynur Camal

ABŞ-ın Pensilvaniya ştatında qatar qəzası: 3 ölü

Aynur Camal

Dövlət muzeyindən 113 milyon avro dəyərində qiymətli əşyalar oğurlandı

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu