28 C
Baku
10 Sentyabr 2025, 20:06
Dünya

Sionist rejim gecə boyu Beyrutu bombalayıb

Qatil rejimin Livanın paytaxtı Beyruta hava hücumlarından sonra bölgədə şiddətli partlayışlar baş verib. Qondarma sionist rejimin ordusu ötən ilin sentyabrın 23-dən Livana qarşı hücumlarını davam etdirir.

Qatil rejim bu gecə boyu da Livanın paytaxtı Beyrutda mülki əraziləri bombalamağa davam edib.

İşğalçılara məxsus döyüş təyyarələri Dahiyə bölgəsinə hava zərbələri endirib.

Çoxsaylı partlayışlardan sonra ərazidən tüstü və alov qalxıb. Hadisə yerinə təcili tibbi yardım maşınlarının göndərildiyi bildirilib.

Hücum nəticəsində ölən və yaralananlar barədə məlumat verilməyib.

Digər tərəfdən, sionist rejimin qondarma ordusu Livanın cənubunda quru hücumları üçün qadağan olunmuş ərazilərin sayını 6-ya çatdırıb.

Bu ərazilərə giriş-çıxış tamamilə dayandırılıb.

Mənbə: İLKHA

Aynur Camal

Oxşar xəbərlər

İraq Parlamentində gərgin yarış: Dava çıxdı, yeni prezident seçilə bilmədi!

Aynur Camal

Ərdəbildə məktəblər bağlandı

Aynur Camal

BMT Rusiya, Ukrayna ərzaq və gübrələrinin beynəlxalq bazarda olmasını istəyir

İntizar Əmirova

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu