Sionist işğalçı rejimin qondarma ordusunun Qəzzə zolağına qarşı qırğın və soyqırımı davam edir.
Sionist rejim Qəzzanın cənubundakı Xan Yunis şəhərinə havadan, qurudan və dənizdən hücum edərək mülki əhalinin yaşadığı əraziləri hədəfə alıb.
Hücum zamanı aralarında qadın və uşaqların da olduğu ən azı 89 fələstinli şəhid olub, 263 nəfər yaralanıb.
Mövzu ilə bağlı Qəzza Hökumətinin Media Ofisi tərəfindən yazılı açıqlama verilib.
Açıqlamada işğal ordusunun dünən səhər saatlarından etibarən 13 evi dağıtdığı, təhlükəsiz zonada 190 ev və binanı bombaladığı, şəhərin müxtəlif yerlərində 130 hücum təşkil etdiyi, 68 nəfərin itkin düşdüyü bildirilib.
Sionist işğal rejiminin qondarma ordu sözçüsü Aviçay Ədrai sosial şəbəkədə verdiyi açıqlamada Qəzzanın Xan Yunis şəhərinin şərqində əvvəllər təhlükəsiz zona elan edilmiş bəzi yerlərə “hücum ediləcəyini” və ərazinin boşaldılmasını tələb edib.
Adraee fələstinlilərdən “dərhal və müvəqqəti” Əl-Məvasiyə getmələrini xahiş etmişdi.
Mənbə: İLKHA