34 C
Baku
27 İyul 2025, 10:48
DünyaHadisə

Siqaret çəkmək ruhi xəstəlik riskini 250 faiz artırır

Bugun.tv xəbər verir ki, Danimarkada aparılan araşdırmalara görə, siqaret psixi sağlamlığı pozur və psixi pozğunluqlara səbəb olur.

Orhus Universitetinin alimləri Böyük Britaniyada yerləşən Biobank bioloji məlumat bankında 350 min insanın genetik məlumatlarını təhlil ediblər.

Araşdırmanı aparan Doug Speed, məlumatlarından istifadə etdikləri insanların yüzdə 90-nın 20 yaşından əvvəl siqaret çəkməyə başladığını və ümumiyyətlə 30 yaşdan sonra psixi pozğunluqlar səbəbiylə xəstəxanaya yerləşdirildiyini söylədi.

“Siqaret psixi pozğunluqlara səbəb olur. Təbii ki, siqaret tək səbəb deyil, lakin psixi xəstəliklə bağlı xəstəxanaya yerləşdirilmə riskini 250 faiz artırdığı müşahidə edilib”, – Speed ​​deyib.

İki kanadalı tədqiqatçı ilə birlikdə işləyən alim siqaretin depressiya və bipolyar pozğunluğa səbəb olduğuna da diqqət çəkib.

Bugün TV

Oxşar xəbərlər

Bekon əti sevən adamın beynində qurd aşkarlandı

Bugün TV

BMT: Sudanda atəşkəsə baxmayaraq, ayrı-ayrı toqquşmalar davam edir

Aynur Camal

Argentinada daşqın nəticəsində ölənlərin sayı artır: 16 nəfər ölüb

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu