19 C
Baku
22 Noyabr 2024, 15:17
Dünya

Siqaret qadağası başlayır

İngiltərədə hökumət yeni siqaret qadağası tətbiq edir.

Plana görə, 2009-cu il yanvarın 1-də və ya ondan sonra doğulan hər kəs qanuni olaraq tütün ala bilməyəcək.

Siqaret çəkməyin qadağan edilməsi planı ilk dəfə keçmiş kansler Rishi Sunak tərəfindən irəli sürülsə də, yeni kansler Keir Starmer bunu qanuniləşdirməyə söz verib.

İngiltərə kralı Çarlz da dünənki çıxışında siqaret qadağasına toxunaraq planı dəstəkləyib.

Plan o deməkdir ki, 2009-cu il yanvarın 1-də və ya ondan sonra doğulmuş hər kəs qanuni olaraq tütün ala bilməyəcək.

Elektron siqaretlərin satışı və marketinqinə də məhdudiyyətlər qoyulacaq.

Sunak tərəfindən ilk dəfə təqdim edildikdə, qanun layihəsi bütün partiyaların dəstəyini aldı və “bir nəsildə ən böyük ictimai səhiyyə qanun layihəsi” adlandırıldı.

Qanunvericilər apreldə qanun layihəsinin lehinə 67 əleyhinə 383 səslə səs veriblər. Lakin qanun layihəsi parlamentdən keçməzdən əvvəl ümumi seçki təyin olunduğu üçün ləğv edilib.

 Siqaret qadağası necə işləyəcək?

Tütün və Elektron Siqaret Qanun layihəsinin 2009-cu il yanvarın 1-dən sonra doğulanlara tütün satışını qadağan edən keçən dekabr ayında Yeni Zelandiyada tətbiq edilən tədbirlərə oxşar formatda olacağı gözlənilir.

İslahatlar qanuni siqaret çəkmə yaşının tədricən artırılmasını və gələcək nəslin siqaret almasını qadağan etməyi əhatə edir.

Böyük Britaniya 2027-ci ilə qədər qaydaları tətbiq etsə, hazırda yaşı 14 və ondan aşağı olan heç kim siqaret ala bilməyəcək.

Keçən il Mühafizəkarlar Partiyasının konfransında çıxış edən Sunak qadağanın mövcud siqaret çəkənlərin siqaret çəkmək hüququnu əlindən almayacağını deyib.

Qanun layihəsi həmçinin elektron siqaretlərin satışı və brendinqi sahəsində islahatların aparılması üçün onların uşaq və yeniyetmələr üçün cəlbediciliyini azaltmaq üçün yol açır.

Araşdırmalar göstərdiyinə görə, uşaqlar saqqız və pambıq konfet kimi ləzzətləri mentol kimi digər ləzzətlərdən üstün tuturlar, bu cür ləzzətlər də qadağan edilə bilər.

Mənbə: TrtHaber

İntizar Əmirova

Oxşar xəbərlər

Girokopter qəzaya uğrayıb: İnqilab Keşikçiləri Korpusunun komandiri və pilot ölüb

Aynur Camal

Keyfiyyət və davamlılıq: niyə daş kağızın populyarlığı artır

Aynur Camal

Kadırovun qızı medal aldı

Bugün TV

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu