Bugun.tv xəbər verir ki, küçəyə siqaret kötüyü atan şəxslərin cərimə edilməsinə başlanılıb. Bu məsələ İnzibati Xətalar Məcəlləsində də öz əksini tapır.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin əməkdaşı Nurlan Əliyevin sözlərinə görə, heç kim tütün məmulatlarından istifadə edib, onun qalıqlarını urnalardan kənar atmamalıdır. “Bu hal polis əməkdaşları tərəfindən aşkarlanarsa həmin şəxs barəsində İnzibatı Xətalar Məcəlləsinin 212.4 cü maddəsi ilə 50 manat məbləğində inzibati tənbeh tətbiq ediləcək”.
Statistikaya görə, ötən il bu məsələ ilə bağlı ciddi tədbirlər görülüb.
“Ötən il ərzində polis əməkdaşları tərəfindən keçirilən nəzarət profilaktik tədbirlər nəticəsində 13 256 şəxs göstərilən maddəyə, əsasən məsuliyyətə cəlb olunub. Bu tədbirlər davam etdirilir”.
Bu gündən sonra isə siqaret kötüyünü yerə atanlara qarşı tədbirlər daha da gücləndiriləcək.
Qaydalara əməl edin ki, cərimədən də uzaq qalasınız.