29 C
Baku
9 İyun 2025, 10:51
Kriminal

Siqareti yerə atanlar, 50 manat cərimə oluna bilərsiniz!

Bugun.tv xəbər verir ki, küçəyə siqaret kötüyü atan şəxslərin cərimə edilməsinə başlanılıb. Bu məsələ İnzibati Xətalar Məcəlləsində də öz əksini tapır.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin əməkdaşı Nurlan Əliyevin sözlərinə görə, heç kim tütün məmulatlarından istifadə edib, onun qalıqlarını urnalardan kənar  atmamalıdır. “Bu hal polis əməkdaşları tərəfindən aşkarlanarsa həmin şəxs barəsində İnzibatı Xətalar Məcəlləsinin 212.4 cü maddəsi ilə 50 manat məbləğində inzibati tənbeh tətbiq ediləcək”.

Statistikaya görə, ötən il bu məsələ ilə bağlı ciddi tədbirlər görülüb.

“Ötən il ərzində polis əməkdaşları tərəfindən keçirilən nəzarət profilaktik tədbirlər nəticəsində 13 256 şəxs göstərilən maddəyə, əsasən məsuliyyətə cəlb olunub. Bu tədbirlər davam etdirilir”.

Bu gündən sonra isə siqaret kötüyünü yerə atanlara qarşı tədbirlər daha da gücləndiriləcək.

Qaydalara əməl edin ki, cərimədən də uzaq qalasınız.

Kəmalə Sultan

Oxşar xəbərlər

Cinayət törətməkdə şübhəli bilinən 34 nəfər saxlanıldı

Kəmalə Sultan

Cinayət törətməkdə şübhəli bilinən 56 nəfər saxlanıldı

Kəmalə Sultan

Cinayət təşkilatının 7 vilayətdə əməliyyatı oldu: 22 nəfər həbs edildi

Bugün TV

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu