Baş xəbərDünya

Sirli qara toplar çimərliyi bürüdü! İctimaiyyətə xəbərdarlıq edildi: ‘Toxunmayın, yaxınlaşmayın’

Avstraliyanın paytaxtı Sidneydə yerləşən Randvikdəki Kuji çimərliyində peyda olan qara toplar narahatlıq yaradıb. Səlahiyyətlilər əhaliyə “yaxınlaşmayın”, “toxunmayın” kimi xəbərdarlıqlar edib. Avstraliyanın paytaxtı Sidneydəki Kuji çimərliyində günorta saatlarında qəribə qara obyektlər çimərliyi bürüdü. Mənşəyi məlum olmayan top formalı obyektlər çimərliyin bağlanmasına səbəb olub.

Bələdiyyə rəsmiləri çimərlikdən nümunələr toplayıb və qara obyektlər sınaq üçün göndərilib. Səlahiyyətlilər əhaliyə onlara toxunmamaq və yaxınlaşmamaq barədə xəbərdarlıq edib. Bundan əlavə, bəzi ətraf çimərliklər növbəti xəbərdarlığa qədər bağlanıb.

Qara top kimi obyektlərin neft, su və zibilin təmasda olması və neftin suya sızması və ya tökülməsi zamanı əmələ gələn “qatran topları” ola biləcəyi düşünülür.

Mənbə: TGRT

Aynur Camal

Oxşar xəbərlər

Aİ-də süni intellektlə yaradılan məzmuna etiket məcburi olacaq

Aynur Camal

15 fil öldü, sianid zəhərlənməsi ilə əlaqələndirilir

Aynur Camal

Vüqar Bayramov: Azərbaycan–Qırğızıstan arasında ticarət dövriyyəsini artırmaq üçün böyük potensial var

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu