20 C
Baku
22 Aprel 2025, 13:46
Digər

Şirniyyatdan asılılıq fəsadlar yaradır!

Gündəlik həyatımızda marketlərdə, kafe və restoranlarda müxtəlif cürbəcür şiniyyat növlərinə rast gəlirik. Həddindən artıq hər şey ziyan olduğu kimi şirniyyatı da çox yeyənlərdə müxtəli fəsadlar yarada bilər. Mütəxəssislər bildirir ki, əgər yüksək qlükoza tərkibli şirniyyatlara meyl tez-tez yaranırsa, bu, orqanizmdə kalsium və maqnezium çatışmazlığının göstəricisidir.

Terapevt Günay İsmayılova Bugun.tv -yə açıqlamasında bildirir ki, şirniyyatların tərkibindəki karbohidratlar insan orqanizmi üçün  faydalı maddədir. Əsasən də qlükoza insan orqnizminin əsas enerji mənbəyidir. “Amma aşırı dərəcədə bu şirniyyatlardan istifadə etmək bir çox fəsadlara gətirib çıxardır. Ümumiyyətlə, qida rasionunda nə qədər çox şirniyyat olarsa, yəni qanda qlükozanın səviyyəsi nə qədər yüksək olarsa, o qədər də yüksək insuluninfrazı olunur. Bu da ciddi mədəaltıvəzi xəstəlikləri yaradır. Bundan başqa, gün ərzində mütəmadi şirniyyatlardan istifadə isonenetliyə səbəb olur. İnsutetrezidentlilik isə, ürək-damar sistemi xəstəlikləri üçün riskdir”.

Tərkibində böyük miqdarda şəkər olan karbohidratlı qidalar enerji tələbatını təmin etmək və beyinin fəaliyyətini tənzimləmək üçün vacibdir. Lakin bu o demək deyil ki, ürəyimiz nə qədər şirniyyat istəsə, o qədər qəbul edə bilərik.

Dietoloq Ofeliya Tahirovanın sözlərinə görə, şəkər orqanizmdə bağımlılq, vərdiş yaradır. Ona görə də, bəzən  insanlar toxluq zamanında belə, yemək üzərindən şirin qida istəyirlər. Ancaq düzgün qidalanma olarsa, bu problemi yaşamayacaqsınız. Bunu etmək üçün ilk növbədə qəbul etdiyimiz qidaların şəkər tərkibi aşağı olmalıdır. Lif baxımından isə yüksək karbohidratlar seçməliyik. Şəkəri yüksək olan qidalar insanı təmin edir. Tez bir zamanda o enerjini alır və bu an enerji yüksəlməsi və yaxud düşməs baş verir. İnsan gün ərzində özünü ac hiss edir.   Əksəriyyət deyir ki, gün ərzində özümüzü ac hiss edirik və qida qəbul edirik. Əslində bu tamamilə yanlışdır. Burda əsas olan odur ki, insan gün ərzində düzgün qidalanmır.

Odur ki, şirniyyatsevənlərə və sağlam qalmaq istəyənlərə bu məhsulu qədərində istifadə etmək tövsiyə olunur.

Nigar Məmmədova

Oxşar xəbərlər

Deputat sosial mediada müzakirə olunan bəzi mövzulara münasibət bildirdi

Bugün TV

Narkotik vasitənin təsir altında olan sürücü aşkarlandı

Kəmalə Sultan

Narkomaniya ilə mübarizə dövlətin prioritet məsələsidir – Yazgül Abdiyeva

Kəmalə Sultan

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu