Siyasət

Siyasi ekspert: ABŞ-ın İranda “A planı” baş tutmadı

Azərbaycan Ermənistan sülh müqaviləsi, mayda sülh sazişi, Məhəmməd Əsədullazadə, Nikol Paşinyan, Ermənistan Konstitusiyası, Vaşinqtonun təşviqi, sülh prosesi, Konstitusiya

Bugun.tv xəbər verir ki, siyasi ekspert Məhəmməd Əsədullazadə ABŞ-ın İrana qarşı planları ilə bağlı diqqətçəkən açıqlama ilə çıxış edib.

Onun sözlərinə görə, Vaşinqtonun İrana qarşı genişmiqyaslı quru əməliyyatına başlaması real görünmür. Ekspert bildirib ki, ərazi baxımından böyük və coğrafi cəhətdən mürəkkəb olan İranda belə bir əməliyyat ABŞ üçün ciddi itkilər və uzunmüddətli risklər yarada bilər.

M. Əsədullazadə qeyd edib ki, ABŞ prezidenti Donald Trampın əsas məqsədi rejim dəyişikliyi deyil, daha çox nəzarət olunan əməkdaşlıq modelinin formalaşdırılmasıdır. Onun fikrincə, danışıqlar nəticəsiz qalarsa, Vaşinqton daha məhdud və hədəfli hərbi ssenarilərə üstünlük verə bilər. Bu kontekstdə Xarq adası ətrafında əməliyyatlar və ya Hörmüz boğazında nəqliyyat təhlükəsizliyinin təmin olunması istiqamətində addımlar istisna edilmir.

Ekspert ABŞ-ın əvvəllər də oxşar yanaşmalar tətbiq etdiyini xatırladıb. O bildirib ki, Vaşinqton bir zamanlar Əfqanıstanda Talibanla müharibə aparsa da, sonradan əməkdaşlıq çərçivəsində hakimiyyəti yenidən onlara təhvil verib. Həmçinin Suriyada da oxşar siyasi proseslərin baş verdiyini vurğulayıb.

M. Əsədullazadə əlavə edib ki, hazırkı mərhələdə İran daxilində, xüsusilə SEPAH-da danışıqlara maraq var. Çünki ölkənin enerji infrastrukturu üçün risklər artır və bu, tərəfləri kompromis axtarışına sövq edir.

Milli cəbhə partiyasının sədr müavini, siyasi ekspert Məhəmməd Əsədullazadə

Aynur Camal

Oxşar xəbərlər

Ekspert: ABŞ-ın təkliflərini İran qəbul edib, gizli danışıqlar aparılır

Aynur Camal

“Qlobal Bakı Forumu sülh və əməkdaşlıq təşəbbüslərinin əsas platformasına çevrilib”

Aynur Camal

Pezeşkian Əliyevə: Naxçıvana hücumun İranla əlaqəsi yoxdur

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu