4 C
Baku
23 Dekabr 2025, 6:38
Dünya

Siyasi ekspert: İsrail və İran yeni müharibəyə sürətlə hazırlaşır

Bugun.tv xəbər verir ki, siyasi ekspert Məhəmməd Əsədullazdə öz sosial media hesabında İsrail və İran arasında artan hərbi-siyasi gərginliklə bağlı diqqətçəkən paylaşım edib. Ekspertin fikrincə, tərəflər sürətli şəkildə mümkün yeni müharibəyə hazırlaşırlar.

Məhəmməd Əsədullazdənin qeyd etdiyinə görə, İran ballistik raketlərin kütləvi istehsalını genişləndirir, dronların sayını artırır və havadan müdafiə sistemlərini yenidən qurur. Eyni zamanda, İran hərbi hava qüvvələrinin parkını yeniləyərək yeni qırıcı təyyarələr alır. Çin və Rusiyanın İrana hərbi-logistika imkanlarını genişləndirməsi də bölgədə balansı dəyişən amillərdən biri kimi qiymətləndirilir.

Ekspert vurğulayıb ki, İranın strateji planı Yaxın Şərqdə geosiyasi mövqelərini yenidən möhkəmləndirmək və ABŞ-la danışıqlara getməməkdir. İsrail isə bu prosesi öz mövcudluğu üçün birbaşa təhlükə hesab edir və İrana qarşı mümkün növbəti hərbi kampaniyaya ABŞ-ı cəlb etməyə çalışır.

M. Əsədullazdənin fikrincə, müharibə başlayacağı təqdirdə, bu qarşıdurma əvvəlki 12 günlük müharibədən daha genişmiqyaslı və dağıdıcı ola bilər. Xüsusilə İsrailin kiçik ərazisi İranın kütləvi raket hücumları üçün həssasdır. O, həmçinin İranın İsrailə öz ərazilərindən birbaşa müqavimət göstərə biləcəyini bildirib.

Ekspert qeyd edib ki, İsrailin təkbaşına İrana hücumu ağır nəticələrə səbəb ola bilər. Lakin ABŞ-ın birbaşa müdaxiləsi halında İran hakimiyyətinin taleyi ciddi sual altına düşə bilər.

Aynur Camal

Oxşar xəbərlər

Tibb bacısı peşəsini tərk etdi! İndi daha az işləyir və daha çox qazanır!

Aynur Camal

Toqquşmalarda 60 nəfər öldü, 50 min nəfər qaçqın düşdü

Bugün TV

Çində konteyner gəmisi partladı! Güclü şok dalğaları yayıldı

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu