13 C
Baku
27 Mart 2026, 20:51
Siyasət

Siyasi ekspert: Körfəz ölkələrinin iştirakı İranın cavab zərbələrini şərtləndirir

Azərbaycan Ermənistan sülh müqaviləsi, mayda sülh sazişi, Məhəmməd Əsədullazadə, Nikol Paşinyan, Ermənistan Konstitusiyası, Vaşinqtonun təşviqi, sülh prosesi, Konstitusiya

Siyasi ekspert Məhəmməd Əsədullazadə Yaxın Şərqdə davam edən hərbi gərginliklə bağlı sosial media hesabında diqqətçəkən açıqlama verib.

Ekspert bildirib ki, Birləşmiş Ərəb Əmirlikləri, Qətər və Küveyt İran əleyhinə hərbi əməliyyatlarda dolayı şəkildə iştirak edir. Onun sözlərinə görə, bu ölkələr öz ərazilərini və hərbi imkanlarını istifadə etməyə şərait yaratmaqla faktiki olaraq münaqişənin tərəfinə çevriliblər.

M. Əsədullazadə vurğulayıb ki, əgər bir ölkənin ərazisindən raket zərbələri və ya hərbi aviasiya hücumları həyata keçirilirsə, bu, həmin ölkənin müharibədə iştirak etməsi deməkdir. Bu baxımdan, İranın körfəz ölkələrinə qarşı cavab hücumları etməsini ekspert “gözlənilən nəticə” kimi qiymətləndirib.

O, həmçinin bəzi ərəb ölkələrinin “İran niyə bizə hücum edir?” kimi mövqeyini tənqid edərək bunu qeyri-səmimi yanaşma kimi dəyərləndirib.

Ekspert əlavə edib ki, İranda hakimiyyət strukturlarında mühüm rol oynayan SEPAH sərt və radikal xətt yürüdür və bu, regionda gərginliyin artmasına səbəb olur.

M. Əsədullazadənin fikrincə, ABŞ-ın bu müharibə çərçivəsində İranda rejim dəyişikliyinə nail olması qısa müddətdə real görünmür və belə bir ssenari uzunmüddətli qarşıdurma tələb edə bilər.

Aynur Camal

Oxşar xəbərlər

Siyasi ekspert: ABŞ–İran gərginliyi Vaşinqtonu çətin vəziyyətə salıb

Aynur Camal

Siyasi ekspert: İran-İsrail gərginliyi və SEPAH generallarının taleyi danışıqlara təsir edə bilər

Aynur Camal

Siyasi ekspert: ABŞ-ın İranda “A planı” baş tutmadı

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu