12 C
Baku
9 Aprel 2026, 22:56
Digər

Siyasi ekspert: MDB dağılma mərhələsinə daxil olub, növbəti ölkə Ermənistan ola bilər

Azərbaycan Ermənistan sülh müqaviləsi, mayda sülh sazişi, Məhəmməd Əsədullazadə, Nikol Paşinyan, Ermənistan Konstitusiyası, Vaşinqtonun təşviqi, sülh prosesi, Konstitusiya

Siyasi ekspert Məhəmməd Əsədullazadə Müstəqil Dövlətlər Birliyi-nin artıq dağılma mərhələsinə daxil olduğunu bildirib.

Ekspert qeyd edib ki, Moldovanın MDB-dən uzaqlaşması regionda baş verən geosiyasi transformasiyaların tərkib hissəsidir. Onun sözlərinə görə, SSRİ-nin dağılmasından sonra Rusiya tərəfindən yaradılan bu təşkilat əsasən post-sovet məkanında siyasi və iqtisadi təsiri qorumaq məqsədi daşıyıb.

Məhəmməd Əsədullazadə vurğulayıb ki, son 30 il ərzində MDB effektiv və funksional quruma çevrilə bilməyib. Buna səbəb kimi üzv ölkələrin maraqlarının uzlaşmaması və Rusiyanın təşkilatda dominant rol oynamaq istəyi göstərilir. O əlavə edib ki, bir çox hallarda qəbul edilən qərarlar praktik olaraq icra olunmayıb.

Ekspertin fikrincə, Rusiyanın bəzi üzv ölkələrə qarşı təzyiq və hərbi siyasəti də MDB-nin zəifləməsinə ciddi təsir edib. Bu kontekstdə o, Gürcüstannın 2008-ci ildən sonra təşkilatı tərk etdiyini, həmçinin Ukraynanın da MDB-dən uzaqlaşdığını xatırladıb.

Siyasi ekspert hesab edir ki, Moldovanın atdığı addımlar bu tendensiyanın davamıdır və bu, Rusiyanın post-sovet məkanında təsir imkanlarının zəiflədiyini göstərir.

Onun sözlərinə görə, növbəti mərhələdə Ermənistannın da MDB-dən çıxması mümkündür. Ekspert bildirib ki, əgər Nikol Paşinyan seçkilərdə qalib gələrsə, rəsmi İrəvan bu istiqamətdə addım ata bilər.

Məhəmməd Əsədullazadə əlavə edib ki, Azərbaycan üçün MDB-də qalmaq və ya çıxmaq məsələsi ciddi problem yaratmır. Onun fikrincə, yaxın perspektivdə bu qurum formal olaraq fəaliyyətini dayandıra bilər.

Milli cəbhə partiyasının sədr müavini, siyasi ekspert Məhəmməd Əsədullazadə

Aynur Camal

Oxşar xəbərlər

Həkim xəbərdarlıq edir: səhər xəbərləri oxumaq libidonu azalda bilər

Aynur Camal

Mütəxəssis: Kartof orqanizm üçün vacib kalium mənbəyidir

Aynur Camal

Trampdan İrana xəbərdarlıq: “Razılaşma olmazsa, bu onlar üçün çox ağrılı olacaq”

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu