Baş xəbərSiyasət

Siyasi ekspert: ABŞ–İran arasında Pakistan vasitəçiliyi ilə yeni saziş imzalana bilər

Bugun.tv xəbər verir ki, siyasi ekspert Məhəmməd Əsədullazadə öz sosial media hesabında ABŞ və İran arasında mümkün yeni sazişlə bağlı paylaşım edib.

Ekspertin fikrincə, ABŞ və İran arasında Pakistanın vasitəçiliyi ilə yeni razılaşmanın imzalanması ehtimalı gündəmdədir.

Onun sözlərinə görə, bu saziş tərəflər arasında “məğlub və qalib tərəf olmadan” bərabər statuslu formatda həyata keçirilə bilər.

M. Əsədullazadə qeyd edib ki, planlaşdırılan razılaşmaya əsasən tam atəşkəs rejimi tətbiq oluna, Hörmüz boğazında müştərək monitorinq mexanizmi yaradılaraq təhlükəsizlik təmin oluna bilər. Eyni zamanda İran üzərinə tətbiq olunan bəzi sanksiyaların mərhələli şəkildə ləğvi də gündəmdədir.

Ekspert əlavə edib ki, tərəflər arasında hücum etməmək razılaşmasının əldə olunması Yaxın Şərqdə yeni diplomatik mərhələnin başlanğıcı ola bilər. Onun fikrincə, İranın danışıqlardakı mövqeyi güclənir və bu proses ABŞ-ın regiondakı siyasətinə də təsir göstərə bilər.

Aynur Camal

Oxşar xəbərlər

Vüqar Bayramov: Laçında 979 ailə məskunlaşıb

Aynur Camal

Vüqar Bayramov: Azərbaycan-Özbəkistan arasında ticarət dövriyyəsi 2025-ci ildə 3,2 dəfə artıb

Aynur Camal

Müharibə şəraiti Ukraynada seçkilərin keçirilməsinə mane olur – ekspertlər

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu