14 C
Baku
22 Noyabr 2024, 4:43
Baş xəbərSiyasət

SkyNews Arabia”: Azərbaycan və Türkiyə liderləri Fransanın qeyri-konstruktiv mövqeyinə etiraz ediblər

Bugun.tv xəbər verir ki, Azərbaycan ilə Türkiyə liderləri İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan Fransa prezidenti Emmanuel Makronun təşəbbüsü ilə yaradılan Avropa Siyasi Birliyinin İspaniyanın Qranada şəhərində keçirilən sammitində iştirak etmədilər. Rəsmi Bakı bunun səbəbini fransız hökumətinin Cənubi Qafqazda qeyri-konstruktiv mövqeyi və bu ölkənin baş diplomatı Kolonnanın İrəvanda səsləndirdiyi bəyanatlar olub.

AZƏRTAC xəbər verir ki, bu fikirlər “SkyNews Arabia” telekanalının canlı efirində Avropa Siyasi Birliyinin üçüncü sammiti və Cənubi Qafqazda yeni reallıqlar barədə proqramında səsləndirilib.

Verilişin aparıcısı qeyd edib ki, Azərbaycanın və hazırda regionda böyük təsirə malik olan Türkiyənin iştirakı olmadan Qranadada Bakı ilə İrəvan arasında münasibətlərin normallaşdırılması, Qarabağ bölgəsinin erməniəsilli sakinlərinin gələcək taleyi və sülh sazişinin imzalanmasına dair müzakirələr aparılması, xüsusən müvafiq bəyanatın imzalanması mahiyyət etibarilə heç bir əhəmiyyətə malik deyil. Halbuki, Azərbaycan Prezidenti İlham Əliyev yeni reallıqlar fonunda Cənubi Qafqaz regionunda sülhün və təhlükəsizliyin bərqərar olmasında, Ermənistanla sülh sazişinin tezliklə imzalanmasında, həmçinin öz ərazisindəki erməniəsilli sakinlərin cəmiyyətə reinteqrasiyasında maraqlı olduğunu dəfələrlə bəyan edib və bu istiqamətdə səylər göstərir. Fransa və Avropanın digər ölkələri bu səylərə dəstək verməlidir. Bakı hesab edir ki, Ermənistanın lideri Nikol Paşinyanın bir neçə dəfə Qarabağ bölgəsi də daxil olmaqla, Azərbaycanın ərazi bütövlüyünü tanıması ilə bağlı verdiyi bəyanatlar konkret sənəddə əks olunmalıdır.

Sonda diqqətə çatdırılıb ki, rəsmi Bakı Brüssel formatı çərçivəsində danışıqlar prosesinin davam etdirilməsinin tərəfdarı olduğunu bəyan edib, eyni zamanda, Fransanın qərəzli mövqeyini, xüsusən Parisin Ermənistana silah və hərbi texnika verəcəyi barədə bəyanatını pisləyib. Digər tərəfdən, Fransa və Almaniyanın Avropa Siyasi Birliyinin sammiti çərçivəsində Ankaranın danışıqlarda iştirak etməsinə qarşı çıxması vəziyyəti daha da mürəkkəbləşdirib.

 

Müxbir: İntizar Əmirova

Bugün TV

Oxşar xəbərlər

AI səfiri Peter Mixalko Zaqatala, Balakən,Şəki də səfərdə olub- FOTOLAR

Bugün TV

6 itkin düşən şəxs tapıldı

Aynur Camal

Meşə yanğını oldu

Bugün TV

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu