11 C
Baku
3 Dekabr 2025, 7:15
Digər

Slovakiya piyadalar üçün sürət həddini tətbiq edir

Slovakiya Parlamenti şəhər səkilərində maksimum sürət həddini saatda 6 kilometr olaraq müəyyən edən qanuna düzəliş qəbul edib.

Qaydaya əsasən, səkidə olan piyadalar, velosipedçilər, skeytbordçular, skuterlər və elektron skuterlər bu sürət həddinə riayət etməlidirlər. Dəyişikliyin məqsədi, xüsusən də skuter istifadəçiləri ilə piyadalar arasında toqquşmaların artmasının qarşısını almaqdır.

Təklif tərəfdarı, Smer Partiyasının millət vəkili Lubomir Vazny, qaydanın “səkilərdə təhlükəsizliyin artırılmasını” hədəflədiyini bildirib.

Yeni qanun 1 yanvar 2026-cı ildə qüvvəyə minəcək. Lakin səlahiyyətlilər onun tətbiqinin necə izləniləcəyi ilə bağlı ətraflı plan açıqlamayıblar.

Mütəxəssislərin fikrincə, orta gəzinti sürəti saatda 4 ilə 5 km arasında dəyişir. Britaniya Ürək Fondu bildirir ki, 6,4 km/saat yaxşı fiziki formada olan şəxs üçün “orta sürət” hesab olunur.

Qanun dəyişikliyi müxalifət partiyaları və Daxili İşlər Nazirliyi tərəfindən tənqid olunub. Nazirlik bildirib ki, səkilərdə elektron skuterlərin ümumi sürət həddinin əvəzinə tamamilə qadağan edilməsi daha məqsədəuyğun olardı.

Müxalifətdəki Proqressiv Slovakiya partiyasından olan parlament üzvü Martin Pekar, qaydanın “davamlı nəqliyyatı cəzalandırdığını” iddia edib. Həmçinin o “Piyadalar üçün təhlükə velosipedçilərdən deyil, nəqliyyat vasitələrindən gəlir. Toqquşmaları azaltmaq istəyiriksə, fiziki cəhətdən mümkün olmayan sürət limitləri deyil, daha təhlükəsiz velosiped yollarına ehtiyacımız var.”

Sosial media yumoru ilə məşhurlaşdı

Yeni sürət həddi sosial mediada geniş tənqidlərə səbəb oldu. Bəzi istifadəçilər “Avtobusa çatmaq üçün qaçan biri cərimə alacaqmı?” sualını verən paylaşımlar da etdilər.

Mənbə: Trthaber.com

Aynur Camal

Oxşar xəbərlər

23 əyalətə xəbərdarlıq elan edildi

Kəmalə Sultan

Avrozonada tikinti sektoru gerilədi

Bugün TV

Qəbələdə Azərbaycan–Ermənistan Birgə Komissiyasının İclası: Məhəmməd Əsədullazadə prosesin regional əhəmiyyətini dəyərləndirdi

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu