Baş xəbərDünya

Slovakiya təbii qaz üçün Türkiyənin qapısını döydü

Prezident Ərdoğan ilə Slovakiyanın Baş naziri Fico arasında təbii qazla bağlı görüşü xarici mətbuatda geniş yer alıb. Slovakiyanın Türkiyədən təbii qaz yardımı tələb etdiyi və iki ölkənin bu mövzuda planları müzakirə etdiyi bildirilib. Ukrayna mətbuatı prezident Rəcəb Tayyib Ərdoğanla Slovakiyanın baş naziri Robert Fiko arasında baş tutan görüşü gündəmə gətirib.

Xəbər “Fico Rusiya qazını təmin etmək üçün Türkiyədən kömək istəyir” başlığı ilə oxuculara çatdırılıb.

Ukrayna mətbuatı Slovakiyanın baş naziri Robert Fico ilə prezident Ərdoğanın Rusiya təbii qazının Türkiyə üzərindən Slovakiyaya çatdırılması planını müzakirə etdiyini, Türkiyənin bu mövzuda Slovakiya və Rusiya ilə danışıqlara açıq olduğunu bildirib.

Xəbərdə prezident Ərdoğanın xarici işlər naziri Hakan Fidan ilə rusiyalı həmkarının məsələni müzakirə edib dəyərləndirəcəklərini dediyi bildirilib.

Ukrayna mətbuatı prezident Ərdoğan və Slovakiyanın baş naziri Fikonun Ankarada keçirdiyi birgə mətbuat konfransına istinad edərək, prezident Ərdoğanın proqramda “Bir addım ataq, Slovakiyanın təbii qaza ehtiyacı ilə bağlı bir nəticəyə gələk” dediyini yazıb.

Xəbərin davamında xatırladılıb ki, Slovakiya Baş naziri Fico Rusiya qazının Bolqarıstan, Rumıniya və Macarıstandan keçən “Türk axını” boru xətti ilə Slovakiyaya çatdırılmasının alternativ həll yolu ola biləcəyini bildirib.

Həmçinin bildirilib ki, Fico Slovakiyanın iqtisadiyyat nazirinin gələn həftə Türkiyəyə gələcəyini və qaz təchizatı məsələlərini müzakirə edəcəyini açıqlayıb.

NƏ OLMUŞDU?

Rusiyanın “Qazprom” şirkəti ilə Ukraynanın “Naftoqaz” şirkəti arasında qaz tranziti müqaviləsinin müddəti yanvarın 1-də başa çatıb.

Bu illər əvvəl məlum olsa da, Fico Kiyevi Slovakiyanın enerji təchizatını sabotaj etməkdə günahlandırır və hətta dekabrın 22-də Moskvaya uçaraq Ukraynaya elektrik enerjisi satışını dayandırmaqla hədələyir.

Mənbə: EnSonHaber

Aynur Camal

Oxşar xəbərlər

Dövlət Akademik Musiqili Teatrında “Yeni il” şənlikləri keçirilir

Şükufə Ramizqızı

Azərbaycan Pediatriya Cəmiyyəti IPA-nın üzvlüyünə qəbul olunub

Aynur Camal

ABŞ-ın Kuba ilə bağlı qərarı: Terrorçuluğu dəstəkləyən ölkələr siyahısından çıxarılacaq

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu