6 C
Baku
23 Fevral 2026, 12:53
Digər

Smartfonda sosial şəbəkələrdə videolara baxış cəmi bir saata gözü yorur

Bugun.tv xarici mətbuata istinadla xəbər verir ki, Çennaidəki (Hindistan) SRM Elm və Texnologiya İnstitutunun tədqiqatçıları sinqapurlu həmkarı ilə birlikdə insanların vizual aktivliyini qiymətləndirmək üçün “Raspberry Pi” mikrokompüteri və İQ kamera əsasında portativ sistem yaradıblar. Göz qırpma tezliyini, onlar arasındakı intervalı və göz bəbəklərinin diametrini real vaxt rejimində ölçməklə sistem gözün yorğunluğunun əlamətlərini müəyyən etməyə imkan verir. Yeni məhsul eksperimentdə sınaqdan keçirilib və bu müddət ərzində smartfonla üç növ fəaliyyətin: elektron kitab oxunması, “Tom və Cerri” cizgi filminin epizodlarına baxılması və sosial şəbəkələrdə qısa videolar olan lentin vərəqlənməsi effektləri müqayisə edilib. Nəticələri əks etdirən məqalə “Journal of Eye Movement Research” jurnalında dərc olunub.

Bugün TV

Oxşar xəbərlər

Yaponiyada su sistemi üçün bələdiyyəyə 21 kiloqram “gizli” qızıl ianə edilib

Aynur Camal

Trampdan AF məsələsi ilə bağlı sərt açıqlama: Netanyahu üçün İsrail Prezidenti Herzog’a tənqid

Aynur Camal

İranda siyasi-iqtisadi böhran dərinləşir..

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu