20 C
Baku
28 İyun 2025, 2:19
Baş xəbərDünya

Smitson İnstitutunun qalereyasında Opra Uinfrinin portreti təqdim edildi

Vaşinqtondakı Smitson İnstitutunun Milli Portret Qalereyasında media sahəsində böyük peşəkar, keçmiş tok-şou aparıcısı Opra Uinfrinin portreti təqdim edilib.

Bugun.tv xarici KİV-ə istinadla xəbər verir ki, Opranın portretinin qalereyaya daxil edilməsinin əsaslandırılması mətnində yazılıb: “Qlobal media rəhbəri, xeyriyyəçi, prodüser, aktyor, yazıçı və sahibkar olan Opra Uinfri Amerikanın populyar mədəniyyətinə mühüm töhfələr verib və bütün bunlar onun Milli Portret Qalereyasında layiqli yerini almasını şərtləndirib”.

Televiziyada 25 mövsüm ərzində efirə çıxan “Opra Uinfri şousu” proqramının aparıcısı olan Opra ABŞ-ın populyar mədəniyyətinin inkişafına böyük təsir göstərib və onun şousu 146 ölkədə nümayiş etdirilib.

Portreti çikaqolu rəssam Şon Maykl Uorren çəkib. O, üç il əvvəl də başqa bir layihə çərçivəsində Uinfrinin rəsmini də yaradıb.

Hündürlüyü iki metrdən çox olan rəsmdə Uinfri Montesitodakı bağçasında bir ağacın yanında açıq havada və bənövşəyi paltarda təsvir edilib. Paltarın rəng sxemi təsadüfən seçilməyib. Opra ətrafdakı insanlara izah edib ki, bu rəng onun həyatında çox vacibdir, çünki o, 1985-ci ildə “Bənövşəyi” filmindəki rolu ilə kino karyerasına başlayıb.

Opra çox fəxr edir və qürur hissi keçirir ki, indi onun portreti muzeyin divarlarında Avraam Linkoln, Harriett Tabman, Frederik Duqlas, Barak və Mişel Obama, Lena Horn və Con Kennedi kimi məşhurlara yanaşı asılıb. O, portretin üzərindən örtüyün götürülməsi mərasimində şəxsən iştirak edib.

Opra tədbirdə iştirak edənlərə deyib: “İstəyirəm biləsiniz ki, mənim gələcəklə bağlı planım bu pis dünyanı xeyirxah işlərlə təəccübləndirmək, şükür edərək yaşamağa davam etmək və Tanrıya səcdə etməkdir”.

Smitson İnstitutu ABŞ-ın milli muzeyi və dünyada ən böyük muzey kompleksidir. Milli Portret Qalereyası bu kompleksin nəzdində fəaliyyət göstərən 20 müəssisədən biridir.

Teymur Əziz

Oxşar xəbərlər

Elba adasında yanğın oldu: 700 nəfər təxliyə edildi

Bugün TV

Qəzza və Livana hücumların gündəlik dəyəri açıqlandı

Aynur Camal

Hizbullah İsrailə hücum etdi! Onlarla “Katyuşa” raketi ilə atıldı

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu