19 C
Baku
8 Sentyabr 2024, 3:53
İqtisadiyyat

SOCAR-da akademik Xoşbəxt Yusifzadənin doğum günü münasibətilə tədbir keçirilib

Azərbaycan Respublikası Dövlət Neft Şirkətində (SOCAR) 2023-cü il yanvarın 14-də SOCAR-ın birinci vitse-prezidenti, görkəmli neftçi-alim və geoloq, akademik Xoşbəxt Yusifzadənin doğum günü münasibətilə tədbir keçirilib.

Tədbirdə çıxış edən İqtisadiyyat naziri, SOCAR-ın Müşahidə Şurasının sədri Mikayıl Cabbarov əlamətdar gün münasibətilə akademik Xoşbəxt Yusifzadəni təbrik edib, Azərbaycanın iqtisadi tərəqqisində neft-qaz sənayesinin və neftçilərin rolunu diqqətə çatdırıb. Müstəqil Azərbaycanın yeni neft strategiyasının müvəffəqiyyətlə həyata keçirilməsində görkəmli alimin əməyinə böyük rəğbət göstərildiyini qeyd edən nazir akademik Xoşbəxt Yusifzadənin ölkəmizdə neft-qaz sənayesinin və elminin inkişafında əvəzsiz xidmətlərinin Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev tərəfindən daim yüksək qiymətləndirildiyini, bu gün də ölkə rəhbərliyinin görkəmli neftçi-alimin uzunmüddətli səmərəli fəaliyyətinə böyük diqqət göstərdiyini vurğulayıb.

SOCAR-ın prezidenti Rövşən Nəcəf akademik Xoşbəxt Yusifzadənin əmək fəaliyyətinin Azərbaycan neftçiləri üçün nümunə olduğunu bildirib, görkəmli neftçi-alimin dərin elmi biliyi və zəngin təcrübəsinin bundan sonra da ölkəmizdə neft-qaz sənayesinin və bu sahədə insan kapitalının inkişafına töhfə verəcəyini qeyd edib.

R.Nəcəf 2022-ci il dekabrın 7-də ölkə başçısının təşəbbüsü ilə “Akademik Xoşbəxt Yusifzadə” tankerinin istismara verilməsinin Zati-aliləri tərəfindən görkəmli alimə göstərilən diqqətin növbəti təzahürü olduğunu ifadə edib.

Tədbirdə çıxış edən Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyi Milli Aerokosmik Agentliyinin Elmi-Tədqiqat Aerokosmik İnformatika İnstitutunun direktoru professor Elçin İsgəndərzadə dünya elminin inkişafına verdiyi töhfələrə görə Xoşbəxt Yusifzadənin Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyası tərəfindən “Türk Dünyasında İlin Adamı” mükafatı və “Avropa Korifey” ordeni ilə təltif edildiyini bildirib, mükafat və ordeni SOCAR-ın birinci vitse-prezidentinə təqdim edib.

Sonda çıxış edən SOCAR-ın birinci vitse-prezidenti akademik Xoşbəxt Yüsifzadə doğum günü münasibətilə təşkil olunan tədbir və səmimi təbriklərə görə başda İqtisadiyyat naziri, SOCAR-ın Müşahidə Şurasının sədri Mikayıl Cabbarov olmaqla, bütün kollektivə öz dərin minnətdarlığını bildirib.

Akademik Xoşbəxt Yusifzadə xalqımızın Ümummilli Lideri Heydər Əliyev, möhtərəm Prezident cənab İlham Əliyev və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva tərəfindən ona göstərilən yüksək etimadı, xüsusi diqqət və qayğını hər zaman hiss etdiyini vurğulayıb.

 

 

 

 

 

 

 

Aynur Əfəndi Zadə

Oxşar xəbərlər

Ölkənin ən böyük elektrik stansiyalarından olan “Cənub” ES əsaslı təmir edilib.

Teymur Əziz

Əmək bazarı üzrə işçi qrupunun növbəti iclası olub

Bugün TV

Azərbaycan enerji resurslarının etibarlı təchizatçısına çevrilir

Bugün TV

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu