14 C
Baku
22 Noyabr 2024, 1:17
Baş xəbərDünya

Son 100 ilin ən pis qasırğası gözlənilir

ABŞ-da Milton qasırğası ilə bağlı xəbərdarlıq edilib. Meksika körfəzindən güclənən və Florida ştatına yaxınlaşan qasırğanın son 100 ilin “ən güclüsü” ola biləcəyi açıqlanıb. ABŞ prezidenti Bayden hər kəsin mümkün qədər tez yaşayış məntəqələrini boşaltması lazım olduğunu vurğulayaraq, “Bu, ölüm-dirim məsələsidir” deyib.

ABŞ ötən əsrin ən böyük kabusu ilə üz-üzədir. Federal və yerli hakimiyyət orqanları Florida sahillərinə doğru irəliləyən və sürəti saatda 230 kilometr olan Milton qasırğası barədə xəbərdarlıq etməyə davam edir.

ABŞ Milli Meteoroloji Xidmətinin (NWS) verdiyi açıqlamada, “Milton öz kursunu davam etdirsə, bu, Tampa körfəzini son 100 ildə vuracaq ən güclü qasırğa olacaq” ifadəsi işlədilib.

Açıqlamada, qasırğadan ən çox təsirlənən ərazilərin 3-4,5 metrə qədər su altında qala biləcəyi və böyük okean dalğalarına səbəb ola biləcəyi paylaşılıb. NWS xəbərdarlıq edib ki, Meksika körfəzindən güclənən və Florida ştatına yaxınlaşan Milton qasırğası son 100 ilin “ən güclüsü” ola bilər.

Bayden “Helene” qasırğasından sonra ölkənin cənub-şərqinə təsir edəcəyi gözlənilən Milton qasırğası ilə bağlı Ağ Evdə açıqlamalar verib.

Milton qasırğasının “nəhəng” qasırğa olduğunu qeyd edən Bayden, hər kəsin yaşayış məntəqələrini tez bir zamanda boşaltması lazım olduğunu vurğulayıb.

ABŞ prezidenti, “İndiyə qədər yerinizi boşaltmalı idiniz, bu, ölüm-dirim məsələsidir. Dərhal evakuasiya edin. Milton, Flordiyanı vuran keçən əsrin ən pis qasırğası ola bilər” deyib.

Bayden, ölkənin cənub sahillərini vurması gözlənilən Milton qasırğası ilə bağlı hadisələri yaxından izləmək üçün Almaniya və Anqolaya əvvəlcədən planlaşdırdığı səfərlərini daha sonrakı tarixə təxirə salıb.

ABŞ-ın Florida ştatının rəsmiləri materikə yaxınlaşan Milton qasırğasının 5-ci kateqoriyaya yüksəlməsindən sonra can və mal itkisini minimuma endirmək üçün ardıcıl evakuasiya əmrlərini elan etməyə başlayıb.

 Florida qubernatoru Ron DeSantis son açıqlamasında bildirib ki, əyalət hökuməti Milton qasırğasının nəticələrinin aradan qaldırılması üçün “görünməmiş resurslar ayırıb”, eyni zamanda sakinləri “evakuasiya əmrlərinə tabe olmaları” ilə bağlı xəbərdarlıq etməyə davam edir.

227 nəfərin həyatına son qoyan Helene qasırğasının ardından Florida ştatını vurması gözlənilən Milton qasırğası üçün tədbirlər görülməyə başlanıb. Mayami şəhərində səlahiyyətlilər və xilasedici könüllülər yaxınlaşan qasırğaya qarşı tədbir olaraq vətəndaşlara qum torbaları paylayıblar.

Hava izləmə saytı The Wheater Channel, qasırğanın çərşənbə gecəsi və ya cümə axşamı səhər ABŞ materikinə çatacağını və Florida ştatının Tampa, Sarasota və Fort Myers kimi yaşayış məntəqələri də daxil olmaqla, sıx məskunlaşan ərazilərinə təsir edəcəyini bildirdi. Milli Qasırğa Mərkəzi məlumat paylaşıb ki, qasırğa Meksika körfəzində “sürətlə güclənməyə davam edir” və nəhayət 4-cü kateqoriyaya düşüb və Florida sahillərinə doğru yoluna davam edib.

Mənbə: TGRT

Aynur Camal

Oxşar xəbərlər

Baş verən yanğında 7 bungalov yararsız hala düşdü

Bugün TV

Messinin yeni ünvanı bəlli oldu

Teymur Əziz

Həyat yoldaşını qətlə yetirib, polisə təslim oldu

Teymur Əziz

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu