17 C
Baku
27 Oktyabr 2025, 4:38
Baş xəbərDünya

Son 15 ilin ən quraq oktyabrı yaşandı

Bu ilin oktyabr ayında Yunanıstanda yağıntının ümumi miqdarı son 15 ilin ən aşağı səviyyədə olub. Yunanıstan Meteorologiya İdarəsi son 15 ildə ölkə daxilində 118 ölçmə stansiyasında edilən yağış ölçmələrini qiymətləndirən bir hesabat hazırlayıb.

Hesabatda yer alan məlumatlara görə, bu ilin oktyabr ayında yağıntıların ümumi miqdarı son 15 ilin ən aşağı səviyyəsində olub.

Ölkədəki 118 ölçmə stansiyasından 95-də edilən tapıntılarda ya yağıntının olmadığı, ya da çox az yağıntının olduğu müəyyən edilmişdir.

Son illərin ən quraq yayın yaşandığı ölkədə bəndlərdə suyun səviyyəsində ciddi azalma müşahidə olunur. İllərdir bənd suları altında qalan kəndlər və tikililər suyun səviyyəsinin azalması səbəbindən yenidən gün üzünə çıxır.

Mənbə: TrtHaber

Aynur Camal

Oxşar xəbərlər

Ümumdünya Səhiyyə Assambleyasının 76-cı sessiyası keçirilir

Aynur Camal

İsrail ordusu Beyrutu vurdu

Kəmalə Sultan

Braziliya fəlakət yaşayır!

Kəmalə Sultan

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu