20 C
Baku
20 Sentyabr 2024, 10:33
Baş xəbərDigər

Son 21 ildə Türkiyədə ümumi təyyarə sayı 489-dan 1813-ə yüksəldi

Son 21 il ərzində Türkiyə hava limanlarının terminallarında sərnişin tutumu 55 milyondan 337 milyon 450 min nəfərə yüksəlib. Beynəlxalq uçuşlara 283 yeni nöqtə əlavə edilib. Bununla da 50 ölkədə 60 nöqtəyə edilən uçuş sayı 130 ölkədə 343 nöqtəyə, ümumi hava nəqliyyatı vasitələrinin sayı isə 489-dan 1813-ə çatıb.

Bugun.tv xəbər verir ki, bu rəqəmlərı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulun Sabiha Gökçən hava limanının ikinci eniş-qalxış zolağının açılış mərasimində səsləndirib.

Bildirilib ki, 2023-cü ilin ilk 11 ayı ərzində Sabiha Gökçən aeroportundan istifadə edən təyyarə sayı 208 minə, sərnişin sayı isə 34 milyona yüksəlib. Sərnişin sayının ilin sonuna qədər 37 milyona çatacağı gözlənilir. Aeroportun yeni zolaq və yan bölümlərinin inşasına 970 milyon ABŞ dolları məbləğində vəsait ayrılıb.

Türkiyə Prezidenti, həmçinin deyib ki, inşası davam edən Çukurova hava limanının yanvar ayında istifadəyə verilməsi nəzərdə tutulur.

İntizar Əmirova

Oxşar xəbərlər

Google işdən çıxarmaların bu il də davam edəcəyini açıqladı

Kəmalə Sultan

Türkiyə Rusiyaya toyuq yumurtası ixracına başladı

İntizar Əmirova

Təlim kursunun dinləyicilərinə sertifikatlar təqdim olunub

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu