Bugun.tv-nin əldə etdiyi məlumata əsasən, Fransada son 24 saat ərzində 25 mindən çox ildırım çaxması qeydə alınıb. Ölkədə pis hava şəraiti ilə əlaqədar 69 rayonda narıncı həyəcan səviyyəsi müəyyən edilib.
Fransanın Keraunos Qasırğa və Fırtına Rəsədxanasının Twitter hesabından verilən məlumata görə, dünən günortadan sonra başlayan fırtınalı hava şəraiti zamanı son 24 saatda 25 mindən çox ildırım çaxması qeydə alınıb.
Belə ki, bu bölgələrdə saatda orta hesabla 1041 dəfə ildırım çaxıb.
Fırtınalı hava şəraiti ilə əlaqədar ölkənin şərqində güclü dolu yağıb.
Digər tərəfdən sosial mediada ölkənin müxtəlif bölgələrində ildırım çaxma anlarını əks etdirən çoxlu görüntülər paylaşılıb.
Fransa mətbuatı həmçinin pis hava şəraiti səbəbiylə 69 bölgədə orta səviyyə olan narıncı həyəcan səviyyəsinin keçdiyini bildirib.
Fransa Meteorologiya İdarəsi cümə axşamı günü xəbərdarlıq edib ki, yaxın günlərdə ölkənin bir çox bölgələrində güclü tufanlar və yağıntılar olacaq.
Ara-sıra yağış yağsa da, Fransa Avropanın ən quraq dövrünün yaşandığı əsas ölkələr sırasındadır.
Mənbə: TRT