24 C
Baku
5 Sentyabr 2025, 8:13
Baş xəbərDünya

Son 24 saatda 463 hadisə! Onlarla insan həyatını itirdi

Banqladeşdə ağcaqanadlar vasitəsilə yoluxduğu bilinən dang qızdırması səbəbindən vəziyyət günü-gündən pisləşir. Son zamanlar hallar o qədər artıb ki, son 24 saat ərzində 463 nəfər xəstəxanaya yerləşdirilib. Bu il üçün ümumi hal 15 min 670-ə çatıb.

Banqladeşdə Denge qızdırması dəhşətli həddə çatıb. Banqladeş Səhiyyə Xidmətləri Baş Müdirliyi son 24 saatda 463 hadisənin baş verdiyini və bir nəfərin öldüyünü açıqladı.

İl ərzində bu xəstəlikdən həyatını itirənlərin sayı 100-ə çatıb. 2024-cü ildə cəmi 96 nəfər həyatını itirərkən, ümumi yoluxma sayı 15 min 670-ə yüksəldi.

Hazırda ölkə üzrə 1582 nəfər dang qızdırmasından müalicə olunur.

Tropik və subtropik bölgələrdə baş verən Denge qızdırması virusu insanlara ağcaqanadlar vasitəsilə ötürülür. İnkubasiya dövründən sonra ümumiyyətlə yüngül hərarətə səbəb olan xəstəlik bəzi hallarda ölümlə nəticələnə bilər.

Ümumiyyətlə “yağışlı dövrlər” kimi tanınan mart, iyun, sentyabr və dekabr aylarında hallar artır.

Alimlər xəbərdarlıq edir ki, yüksək temperatur və uzun sürən yağışlar malyariya və Denq qızdırması daşıyan ağcaqanadların artmasına səbəb olur.

Xəstəliyə səbəb olan ağcaqanad növləri su hövzələrində sürfələr yaratdığından, xüsusilə sənaye mühitlərindəki zibilliklərin daim dezinfeksiya edilməsi lazımdır.

Mənbə: TGRT

Aynur Camal

Oxşar xəbərlər

Yol qəzası: 10 kilometrlik avtomobil növbəsi yarandı

Kəmalə Sultan

Suriya ordusu İdlibdə məktəbə hücum edib

Teymur Əziz

Azərbaycandan Avropaya “yaşıl enerji” körpüsü

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu