24 C
Baku
5 Sentyabr 2025, 6:55
Baş xəbərDünya

Son 48 saatda həyata keçirdiyi hücumlarda 96 nəfəri öldürüldü

Qəzzada Səhiyyə Nazirliyi İsrail ordusunun son 48 saatda həyata keçirdiyi hücumlarda 96 nəfərin həyatını itirdiyini, 277 nəfərin isə yaralandığını açıqlayıb. Qəzzada Səhiyyə Nazirliyindən verilən açıqlamada İsrailin 388 gündür Qəzza zolağında həyata keçirdiyi hücumlarla bağlı məlumat verilib.

İsrail ordusunun Qəzza zolağının müxtəlif bölgələrində son 48 saatda həyata keçirdiyi “5 qırğın”da 96 nəfərin öldüyü, 277 nəfərin yaralandığı bildirilib.

Qeyd edilib ki, İsrailin 7 oktyabr 2023-cü ildən Qəzza zolağına təşkil etdiyi hücumlarda ölənlərin sayı 43 min 20-yə, yaralıların sayı isə 101 min 110-a yüksəlib.

Bəyanatda həmçinin dağıntılar altında və yol kənarında hələ də ölənlərin olduğu, lakin İsrail qüvvələrinin maneəsi üzündən tibb qruplarının və mülki müdafiə işçilərinin cəsədlərə çata bilmədiyi bir daha vurğulanıb.

Mənbə: TrtHaber

Aynur Camal

Oxşar xəbərlər

Prezident İlham Əliyev Meksikanın Azərbaycanda yeni təyin olunan səfirinin etimadnaməsini qəbul edib -YENİLƏNƏCƏK

Nigar Məmmədova

İrina Şeyk Nyu Yorkun prestijli bölgəsindəki mənzilini satır

Aynur Camal

BMT Baş Assambleyasında bir ilk: Fələstinin İsrailə müraciəti qəbul edildi

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu