Dünya

Son 7 ilin ən böyük günəş partlayışı baş verib

Amerika Milli Okean və Atmosfer Administrasiyasının (NOAA) Kosmik Hava Proqnozları Mərkəzi son 7 ilin ən böyük günəş partlayışının dünən baş verdiyini bildirib.

Amerika Milli Okean və Atmosfer Administrasiyasına bağlı Kosmik Hava Proqnozu Mərkəzinin X hesabında edilən yazıda, cari günəş partlayış dövrünün ən böyük partlayışının dünən baş verdiyi qeyd edilib.

Açıqlamada sözügedən partlayışın bütün dövrlərdə qeydə alınan 17-ci ən böyük günəş partlayışı olduğu, X sinfi olaraq xarakterizə edilən güclü partlayış səbəbiylə bəzi radio ötürücülərin və buna bənzər texniki vasitələrin təsirlənə biləcəyi ifadə edildi.

Amerika mətbuatında əksini tapan müvafiq xəbərlərdə partlayışın ABŞ yerli vaxtı ilə günorta 13.00 radələrində baş verdiyi və Yerə ciddi təsir etmədiyi bildirilib.

Xəbərdə partlayışın səviyyəsində olduğu qeyd edilib

Günəş alovları A sinfindən X sinfinə qədər təsnif edilir və hər sinif 1-dən 9-a qədər miqyaslanır.

Mənbə: Ntv.Tr

İntizar Əmirova

Oxşar xəbərlər

Britaniyanın baş naziri Starmerdən Suriya ilə bağlı açıqlama

Aynur Camal

İndoneziya Zelenski-Putin görüşünü təşkil etmək istəyir

Aynur Camal

İldırım vurması nəticəsində 10 nəfər öldü

Bugün TV

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu