7 C
Baku
5 Fevral 2025, 11:43
Dünya

Son bir həftədə 6 körpə donaraq öldü

İsrailin işğalı və hücumu altında olan Qəzza zolağında son bir həftədə 6 körpə donaraq ölüb. Fələstin hökumətinin Qəzzadakı Media Ofisindən verilən açıqlamaya görə, İsrail tərəfindən məcburi köçkün edilən və Qəzza zolağında çadırda yaşayan Əli əl-Batran adlı körpə soyuq hava səbəbindən həyatını itirib.

Açıqlamada, dünyasını dəyişən körpənin əkizləri Cuma əl-Batranın da şiddətli soyuqdan ötən gün dünyasını dəyişdiyi bildirilib.

Körpə Əlinin ölümü ilə son bir həftədə Qəzza zolağında soyuq hava səbəbindən ölən körpələrin sayı 6-ya yüksəlib.

Təxminən 2,3 milyon əhalisi olan Qəzza zolağında İsrail soyqırımı 7 oktyabr 2023-cü ildən davam edir.

Birləşmiş Millətlər Təşkilatının (BMT) məlumatlarına görə, Qəzzada hər 10 nəfərdən 9-u İsrailin hücumları səbəbiylə evlərindən didərgin düşüb.

Qəzzada didərgin düşmüş fələstinlilərin əksəriyyəti İsrailin hücumları nəticəsində ağır dağıntılar səbəbindən müvəqqəti çadırlarda yaşamaq məcburiyyətində qalıb. Lakin havalar soyuduqca Qəzzada fələstinlilərin həyat şəraiti çətinləşib.

Parça və neylondan tikilmiş müvəqqəti çadırlarda yaşamaq məcburiyyətində qalan fələstinlilər qışın gəlməsi ilə paltar, çarpayı, yorğan kimi əsas yaşayış ehtiyaclarının olmaması səbəbindən çətin həyat şərtlərində həyata tutunmağa çalışırlar.

Ailələri ilə birlikdə müvəqqəti çadırlarda qalan körpələrin kiçik bədənləri çox vaxt soyuq havaya təslim olurlar.

Mənbə: TrtHaber

Aynur Camal

Oxşar xəbərlər

Bomba çaxnaşması! 1100 nəfər təxliyə edildi

Aynur Camal

Qızıl mədənində torpaq sürüşməsi: 11 nəfər ölüb

İntizar Əmirova

Roma Papası Fransisk əməliyyat olunmaq üçün xəstəxanaya yerləşdirildi

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu