Bugun.tv xəbər verir ki, Türkiyənin Müdafiə Nazirliyi son bir həftədə 44 terrorçunun zərərsizləşdirildiyini açıqlayıb.
Milli Müdafiə Nazirliyinin Həftəlik Mətbuat İnformasiya Toplantısı keçirilib. Toplantıda ötən əsrin ən əhatəli və təsirli fəaliyyətlərinin həyata keçirildiyi bu dövrdə ordunun PKK/KCK/PYD-YPK, DAİŞ və FETÖ terror təşkilatları başda olmaqla hər cür təhdid və təhlükə ilə mübarizəsi müzakirə edilib.
Getdikcə artan intensivlik və templə terroru mənbəyində məhv etmək anlayışı ilə fəaliyyətini fasiləsiz və sarsılmaz əzm və qətiyyətlə, fəal yanaşma ilə davam etdirdiyi qeyd edilib.
Müxbir: Şəms Elnurqızı