Baş xəbərDünya

Son bir həftədə 5 yaşayış məntəqəsi ələ keçirildi

Rusiya Müdafiə Nazirliyi ötən həftə Ukraynanın Xarkov və Donetsk vilayətlərində 5 yaşayış məntəqəsini ələ keçirdiklərini bildirib. Bəyanatda “Xarkov vilayətində Novomlinsk qəsəbələri, Donetsk Xalq Respublikasında Krımskoye, Baranovka, Drujba və Derjinsk qəsəbələri azad edilib” ifadələrdən istifadə edilib.

Nazirlikdən verilən açıqlamada 1-7 fevral tarixləri arasında Rusiya-Ukrayna müharibəsində Rusiya ordusunun fəaliyyətləri ilə bağlı məlumatlar paylaşılıb.

Açıqlamada Ukraynadakı elementlərə yüksək dəqiqlikli silahlar və pilotsuz uçuş aparatları (PUA) ilə hücumların təşkil edildiyi, bu hücumlarda Ukraynanın qaz, enerji və hava limanı infrastruktur obyektləri, İHA saxlama və təlim mərkəzləri, sursat və yanacaq anbarlarının vurulduğu bildirilib.

Bəyanatda son bir həftədə Xarkov və Donetsk vilayətlərində 5 yaşayış məntəqəsinin Rusiya ordusu tərəfindən ələ keçirildiyi, “Xarkov vilayətində Novomlinsk qəsəbələri, Donetsk Xalq Respublikasının Krımskoye, Baranovka, Drujba və Derjinsk qəsəbələrinin azad edildiyi” qeyd edilib.

Eyni tarixlərdə 19 Ukrayna əsgərinin əsir götürüldüyünə dair məlumatların yer aldığı açıqlamada, 653 təyyarə, 283 vertolyot, 42 min 617 İHA, 592 hava hücumundan müdafiə raket sistemi, 21 min 242 tank və zirehli texnika, 1514 min raket və zirehli raketin olduğu bildirilib Müharibə başlayandan Ukrayna ordusuna məxsus 1 min 384 xüsusi təyinatlı hərbi maşın məhv edilib.

Nazirliyin açıqlamasında o da bildirilib ki, Ukrayna ordusu 2024-cü ilin avqust ayından bu yana Kursk vilayətində 58 min 230 əsgər, 348 tank, 251 piyada döyüş maşını, 197 zirehli transportyor və 1797 zirehli texnika itirib.

Rusiya prezidenti Vladimir Putinin 30 sentyabr 2022-ci ildə imzaladığı fərmanla Ukraynanın Donetsk, Luqansk, Zaporojya və Xerson vilayətləri qanunsuz olaraq ilhaq edilib.

Mənbə: HurriYet

Aynur Camal

Oxşar xəbərlər

Zəfər tariximizin müəllifi: Yeni missiya 

Aynur Camal

Füzuli Dövlət Teatrı bölgələrdə qastrol səfərinə start verib

Şükufə Ramizqızı

Havanın temperaturu 40 dərəcəni keçib

Bugün TV

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu