İsrailin işğalı və hücumu altında olan Qəzza zolağında son bir həftədə 6 körpə donaraq ölüb. Fələstin hökumətinin Qəzzadakı Media Ofisindən verilən açıqlamaya görə, İsrail tərəfindən məcburi köçkün edilən və Qəzza zolağında çadırda yaşayan Əli əl-Batran adlı körpə soyuq hava səbəbindən həyatını itirib.
Açıqlamada, dünyasını dəyişən körpənin əkizləri Cuma əl-Batranın da şiddətli soyuqdan ötən gün dünyasını dəyişdiyi bildirilib.
Körpə Əlinin ölümü ilə son bir həftədə Qəzza zolağında soyuq hava səbəbindən ölən körpələrin sayı 6-ya yüksəlib.
Təxminən 2,3 milyon əhalisi olan Qəzza zolağında İsrail soyqırımı 7 oktyabr 2023-cü ildən davam edir.
Birləşmiş Millətlər Təşkilatının (BMT) məlumatlarına görə, Qəzzada hər 10 nəfərdən 9-u İsrailin hücumları səbəbiylə evlərindən didərgin düşüb.
Qəzzada didərgin düşmüş fələstinlilərin əksəriyyəti İsrailin hücumları nəticəsində ağır dağıntılar səbəbindən müvəqqəti çadırlarda yaşamaq məcburiyyətində qalıb. Lakin havalar soyuduqca Qəzzada fələstinlilərin həyat şəraiti çətinləşib.
Parça və neylondan tikilmiş müvəqqəti çadırlarda yaşamaq məcburiyyətində qalan fələstinlilər qışın gəlməsi ilə paltar, çarpayı, yorğan kimi əsas yaşayış ehtiyaclarının olmaması səbəbindən çətin həyat şərtlərində həyata tutunmağa çalışırlar.
Ailələri ilə birlikdə müvəqqəti çadırlarda qalan körpələrin kiçik bədənləri çox vaxt soyuq havaya təslim olurlar.
Mənbə: TrtHaber