35 C
Baku
20 İyul 2025, 11:27
Baş xəbərDünya

Son dəqiqə: Nyu Yorkda Türkevinə hücum

Gecə yarısı Baş Konsulluğun yerləşdiyi binanın şüşələri sındırılıb, Nyu-York polisi təhlükəsizlik kamerası görüntülərini araşdırır.

Bugun.tv xəbər verir ki, ABŞ seçicilərinin ikinci tur üçün səs verdiyi Nyu Yorkdakı Türkevi hücuma məruz qalıb. Nyu York Baş Konsulluğunun da yerləşdiyi binaya bu gün yerli vaxtla saat 03:00 radələrində hücum edilib.

Hücum nəticəsində Türkevinin birinci mərtəbəsindəki pəncərələrdə böyük dəliklər açılıb. Polis qruplarının sındırılmış konsulluq şüşələrini yoxlayan videoları sosial şəbəkələrdə paylaşılıb.

ABC7 New York müxbiri Anthony Carlo, “barbarcasına” adlandırdığı hücumda bir çox pəncərənin dağıdıldığını və polisin hadisəni “nifrət cinayəti” olaraq araşdırdığını yazıb. Carlo, müşahidə kameralarının görüntülərinə baxıldığını və şübhəlinin video görüntülərdə göründüyünü bildirib.

CNN Türk yayımında danışan Nyu-York Polis Xidməti İcma Koordinatoru Erhan Yıldırım isə, “Gördüyümüz qədər şüşə çox qalındır və güman edirəm ki, bunu dəmir lomlarla ediblər. Araşdırmalar gedir.  Deyə bilərik ki, bura 24 saat nəzarətdə olan ərazidir” deyib.

Mənbə: www.milliyet.com

Aynur Camal

Oxşar xəbərlər

Əli Əhmədovun sədrliyi ilə növbəti respublika müşavirəsi keçirilib

Aynur Camal

C.Məmmədov: “İran planlarını həyata keçirmək üçün din amilindən istifadə edir”

Bugün TV

Yod, maqnezium, D vitamini: hansı əlavələr lazımdır və hansılar pul itkisidir

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu