24 C
Baku
19 İyul 2025, 8:38
Baş xəbər

Son dəqiqə: Şamaxıda yol parçalandı! İki avtomobil dərəyə düşdü!

Bugun.tv-nin məlumatına görə, Şamaxı-Qəbələ yolunda dəhşətli hadisə baş verib. Asfalt örtük iki yerə ayrılıb. Nəticədə yol 2 metr enində, 10 metr dərinliyində aralanıb. İki avtomobilin dərəyə düşdüyü bildirilir.

Yolda hərəkət dayanıb. Sürücü və sərnişinlərin köməyi ilə avtomobillər dərinlikdən çıxarılıb.

Bu barədə Bugun.tv-yə hadisənin şahidi olan vətəndaşlar məlumat verib. Onların sözlərinə görə, çökmənin uzunluğu 20 metrə çatır.

Görüntülər sosial şəbəkələrdə də yer alıb.

Hadisə ilə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi sürücülərə xəbərdarlıq edib.

“Muğanlı-İsmayıllı istiqamətində tikinti ilə əlaqədar salınmış müvəqqəti xidməti yolda sürüşmələr qeydə alınıb. Sözügedən hissələr üzrə avtonəqliyyat vasitələrinin fasiləsizliyini və təhlükəsizliyini təmin etmək məqsədilə gecə saatlarında təmir işləri icra olunacaq.

Bu səbəbdən Muğanlıdan İsmayıllı və əks istiqamətdə bir-neçə saatlıq avtonəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılıb. Qeyd olunan müddət ərzində sürücülərdən alternativ olaraq Bakı-Şamaxı-Yevlax avtomobil yolundan (Ağsu aşırımı) istifadə etmələri tövsiyə olunur. Yarana biləcək müvəqqəti narahatlığa görə üzr istəyirik”.

Mövzuya yenidən qayıdacağıq.

Bugün TV

Oxşar xəbərlər

Hərəkət edən yük maşınında yanğın baş verdi

Bugün TV

Google rəsmi olaraq elan etdi: İşdən çıxarılmalar yenidən başlayır

Könül Kərimova

Biləsuvarda külli miqdarda narkotik vasitə ilə saxlanıldı

Kəmalə Sultan

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu