21 C
Baku
28 İyun 2025, 1:25
Dünya

Son iki ayda dünyadakı təyyarə qəzalarının sayı açıqlandı

Dünyada son iki ayda baş verən 6 təyyarə qəzasında ümumilikdə 313 nəfər həyatını itirib. Müxtəlif bölgələrdəki bu qəzalar arasında sərnişin təyyarələri və şəxsi təyyarələr olduğu halda, 2025-ci ildə indiyədək 4 ölümlə nəticələnən təyyarə qəzası qeydə alınıb. Son zamanlar dünyada təyyarə qəzalarının artması diqqətəlayiq həddə çatıb.

Dünyanın müxtəlif yerlərində baş verən qəzalar aviasiya sənayesində təhlükəsizlik standartlarını bir daha gündəmə gətirsə də, təkcə son 2 ayda 6 böyük təyyarə qəzası baş verib.

Bu qəzalar nəticəsində ümumilikdə 313 nəfər həyatını itirərkən, son iki ayın ən böyük aviasiya hadisələri Cənubi Koreya, Qazaxıstan, Cənubi Sudan və ABŞ-da qeydə alınıb.

25 dekabr 2024-cü il tarixində Bakıdan Qroznıya uçan Azərbaycan Hava Yollarına məxsus sərnişin təyyarəsi Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb.

Təyyarədə 5-i ekipaj üzvü olmaqla 67 nəfər olub. Qəzadan 32 nəfər sağ qalıb, 38 nəfər ölüb.

29 dekabr 2024-cü il tarixində Taylandın Banqkok şəhərindən havaya qalxan sərnişin təyyarəsi şassisi bağlı halda gövdəsinə enərək Cənubi Koreyanın paytaxtı Seulun Muan Beynəlxalq Hava Limanında divara çırpılıb.

Cənubi Koreyada baş verən ən ölümcül təyyarə qəzasında 4-ü ekipaj üzvü olmaqla 179 nəfər dünyasını dəyişib, 2 kabinə işçisi isə xəstəxanada müalicə olunub.

29 yanvar 2025-ci ildə Cənubi Sudanda neftçiləri daşıyan təyyarə havaya qalxarkən qəzaya uğradı.

Təyyarədə olan 21 nəfərdən 20-si dünyasını dəyişib.

Venesuelada da təyyarə qəzaya uğradı: 3 nəfər həyatını itirdi

Venesuelada Ədliyyə Nazirliyinə məxsus Cessna S550 Citation tipli təyyarə Fransisko de Miranda aviabazasından havaya qalxdıqdan qısa müddət sonra meşə sahəsinə düşüb.

Təyyarədə olan 3 nəfər həlak olub.Sərnişin Təyyarəsi vertolyotla toqquşub: 67 ölü

29 yanvar 2024-cü ildə Vaşinqtonda sərnişin təyyarəsi və ABŞ ordusuna məxsus helikopter havada toqquşub və Potomak çayına düşüb.

ABŞ-da son 20 ilin ən ölümcül təyyarə qəzasında 67 nəfər həyatını itirib, sağ qalan olmayıb.

ABŞ-da reaktiv təyyarə qəzası: 6 ölü

31 yanvar 2025-ci ildə ABŞ-ın Pensilvaniya ştatından havaya qalxan Learjet 55 tipli təyyarə havaya qalxdıqdan az sonra yaşayış məntəqəsinə çırpılıb.

Qəzada 2-si təyyarədə, 4-ü isə təyyarənin düşdüyü yerdə olmaqla ümumilikdə 6 nəfər həlak olub.

Mənbə: EnSonHaber

Aynur Camal

Oxşar xəbərlər

Praqa Universitetinə hücum zamanı üç əcnəbi yaralandı

İntizar Əmirova

Rusiyada elmi-tədqiqat və istehsalat kompleksində yanğın baş verib

Aynur Camal

Yanğın nəticəsində 1000 hektardan çox ərazi zərər gördü

Nigar Məmmədova

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu