19 C
Baku
8 Sentyabr 2024, 3:19
Dünya

Son illərin ən quraq iyunu yaşandı

Bu ilin iyun ayında Yunanıstanda mövsümi normadan artıq quraqlıq olub. Yunanıstan Meteorologiya İdarəsinin dərc etdiyi hesabatda, ölkədəki yağış ölçmə mərkəzləri tərəfindən müəyyən edilən 2007-2023-cü illər dövrünə aid iyun yağış ortalamaları bu ilin iyun ayı ortalaması ilə müqayisə edilib.

Məlumata görə, 2007-2023-cü illər ərzində Afinanın mərkəzində orta yağıntı 21 millimetr olduğu halda, bu ilin iyun ayında bölgədə yağıntı olmayıb.

2007-2023-cü illərdə orta yağıntının miqdarı 40 millimetr olan Livadiya və orta yağıntının miqdarı 35 millimetr olan Spartaya bu ilin iyun ayında heç bir yağış düşməyib.

Müəyyən edilib ki, iyun ayında ölkə üzrə yağıntılar 2007-2023-cü illərin orta göstəricisindən xeyli az olub.

Yunanıstan Meteorologiya İdarəsinin dünən açıqladığı hesabatda 2010-cu ildən bu yana ölkədəki 53 meteoroloji stansiyada edilən müntəzəm ölçmələrdə təyin olunan iyun ayı temperatur ortalamaları araşdırılıb və bu ilin iyun ayı temperatur ortalamalarının 2010-cu ildən bəri ən yüksək səviyyəyə çatdığı qeyd edilib.

Müəyyən edilib ki, iyun ayında havanın orta temperaturu bəzi rayonlarda digər illərin orta göstəricisindən 4,8 dərəcə yüksək olub.

Digər tərəfdən, gündəlik analizdə 2010-cu ildən bəri iyun ayında ölçülən ən isti günlər 53 meteoroloji stansiyanın 11-də qeydə alınıb.

Rodos adasındakı Lindos kəndində yerləşən meteoroloji stansiya iyun ayında ölçülən ən yüksək temperaturu 43,6 dərəcə ilə göstərib.

Xəbər mənbəyi: Anadolu Agentliyi (AA)

Oxşar xəbərlər

İordan çayının qərb sahilində 3 fələstinlinin evi dağıdıldı

Teymur Əziz

Erməni politoloq: Paşinyan Sankt-Peterburq Zirvə görüşündə İlham Əliyevin yanında itaətkar kargüzar təsiri bağışlayırdı

Teymur Əziz

Fars polisi Güney Azərbaycanlı xanımı necə öldürdü?

Nigar Məmmədova

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu