12 C
Baku
26 Oktyabr 2024, 4:20
Dünya

Son xəbər: Beyrut cəhənnəmə keçdi: bir gecədə 17 hücum!

İsrail dünən gecə Beyrutun cənub hissələrinə 17 hava zərbəsi endirib və hücumlarda Livanda yerləşən Əl Mayadeen kanalının ofisi də hədəf alınıb. Livan mediası bunun son bir ayın ən intensiv hücumlarından biri olduğunu yazıb. İsrailin Suriyanın Dəməşq şəhərinə endirdiyi hava zərbələri nəticəsində 1 əsgər ölüb, 7 əsgər isə yaralanıb.

 Livandan İsrailə 82 raket atılıb

Hizbullah səhər saatlarından etibarən Livandan İsrailin müxtəlif bölgələrinə raket zərbələri endirib. İsrail Müdafiə Qüvvələrindən (IDF) verilən açıqlamada Hizbullahın şimaldakı Safed şəhərinə 30 raket atdığı, raketlərin çoxunun zərərsizləşdirildiyi, xəsarət alan və böyük dağıntının olmadığı qeyd edilib. Akka şəhərinə doğru atılan 2 raketin açıq sahəyə düşdüyü və xəsarət alan olmadığı bildirilib. Raket hücumu səbəbindən şəhərin cənubundakı sənaye bölgəsində sirenlərin çalındığı öyrənilib.

Hizbullah İsrailin şimalındakı Nehariya şəhərinə 50 raket atıldığını və müdafiə sənayesi bazasının hədəf alındığını açıqlayıb. Qalile Tibb Mərkəzindən verilən açıqlamada raket hücumunda qəlpələrin düşməsi nəticəsində 4 nəfərin yaralandığı bildirilib. Xəsarət alanlardan ikisinin vəziyyətinin orta ağır olduğu, digərlərinin isə yüngül xəsarət aldığı qeyd edilib.

Yerli mənbələrdən verilən açıqlamada Nehariyaya atılan raketlərdən birinin Netiv Haşayara yaşayış massivindəki bir evə düşdüyü və xəsarət alan olmadığı bildirilib.

Mənbə: Hurriyet.Tr

Aynur Camal

Oxşar xəbərlər

Rubl və lirə dəyərsizləşdi, manatı nə gözləyir?

Nigar Məmmədova

“Mançester Siti” norveçli forvardla yeni müqavilə imzalamaq istəyir

Nigar Məmmədova

Həcc püşkatmasının nəticələrini Elektron Hökumətdə öyrənmək olar

İntizar Əmirova

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu