20 C
Baku
1 İyun 2025, 22:26
Dünya

Son xəbərlər… ABŞ-da kiçik təyyarə qəzaya uğradı: 15 evə çırpıldı!

ABŞ-ın San Dieqo şəhərində kiçik bir təyyarənin yaşayış massivinə düşdüyü öyrənilib. Yerli mətbuatın məlumatına görə, təyyarə 15 evi vurub, ərazidəki evlər və maşınlar yanıb.

ABŞ Federal Aviasiya İdarəsi (FAA) “Cessna 550” tipli təyyarənin yerli vaxtla saat 03:45 radələrində hava limanı yaxınlığındakı yaşayış massivində qəzaya uğradığını açıqlayıb.

Açıqlamada hələlik təyyarədə olan adamların sayı ilə bağlı məlumat olmadığı, lakin bu tip təyyarənin 6-8 nəfər daşımaq qabiliyyətinin olduğu bildirilib.

San Dieqo Yanğınsöndürmə İdarəsi verdiyi açıqlamada qəza zamanı havanın güclü dumanlı olduğunu bildirib.

Açıqlamada təyyarənin yaşayış sahəsinə çırpıldığı, qəza nəticəsində təxminən 15 evin və bir neçə avtomobilin yandığı, ərazidəki bir neçə küçənin boşaldıldığı bildirilib.

Qəza nəticəsində ölən və ya yaralananların olub-olmadığı hələlik məlum deyil.

Mənbə: HurriYet

Aynur Camal

Oxşar xəbərlər

Azərbaycan prezidenti Əliyev Türkiyə Cümhuriyyətinin 101-ci ildönümünü qeyd edib

Aynur Camal

Tramp: Biz Çinlə potensial müharibəyə girmək istəmirik

Aynur Camal

Şimali Koreya 3 raket atdı, onlar 350 km uçdular — Kyodo

Bugün TV

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu