22.4 C
Baku
11 May 2025, 12:15
Baş xəbərDünya

Son xəbərlər…Hizbullahın yeni lideri bəlli oldu

İsrail mətbuatında yer alan məlumata görə, İHA hücumları Netanyahunun kabusuna çevrilib. İsrail baş naziri qapalı iclasda verdiyi açıqlamada, “İndi parlamentə pilotsuz təyyarə hücumu olsa, hara gedərdik? Ən çox qorxduğum İHA-lardır” deyib.

Müəllif Girduskinin CNN proqramında jurnalist Mehdi Həsəni hədəf alan şərhi reaksiya doğursa da, Hizbullahın yeni baş katibinin Naim Kasım olduğu açıqlanıb.

Xarici İşlər Nazirliyi, İsrail Parlamentinin (Knesset) Birləşmiş Millətlər Təşkilatının (BMT) Yaxın Şərq Fələstinli Qaçqınlara Yardım və İşlər Təşkilatının (UNRWA) fəaliyyətini qadağan etmək üçün atdığı addımlarla bağlı yazılı açıqlama verib.

Xarici İşlər Nazirliyindən verilən açıqlamada, “İsrail Parlamentinin işğal olunmuş Fələstin torpaqlarında UNRWA fəaliyyətlərinə son qoymaq üçün atdığı addımlar açıq şəkildə beynəlxalq hüququ pozur” ifadəsi işlədilib.

Bəyanatda, İsrailin UNRWA-nı hədəf alaraq iki dövlətli həll yolunu ortadan qaldırmağı və fələstinli qaçqınların vətənlərinə qayıtmasının qarşısını almağı hədəflədiyi və 1949-cu ildən bu yana milyonlarla fələstinli qaçqına həyati yardım göstərən UNRWA-nın fəaliyyətinin də böyük əhəmiyyət kəsb etdiyi qeyd edilib.

Bəyanatda BMT Baş Assambleyasının qərarı ilə yaradılan UNRWA-nın fəaliyyətinə qadağa qoyulması cəhdlərinə qarşı sərt mövqe tutmağın beynəlxalq ictimaiyyətin hüquqi və vicdanlı öhdəliyi olduğu diqqətə çatdırılıb və bildirilib: UNRWA-nın Maliyyə İşçi Qrupunun sədri olan Türkiyə, sözügedən Agentliyə siyasi və maliyyə dəstəyini davam etdirəcək” deyilib.

Mənbə: Hurriyet.Tr

Aynur Camal

Oxşar xəbərlər

Xarici tələbələrlə Qırğızıstan qrupları toqquşdu: Çoxlu ölü və yaralı var!

İntizar Əmirova

Uşaqlara qarşı cinsi cinayətlərin cəzası kastrasiya olacaq!

Aynur Camal

Liftin şaxtasına düşən uşaq dünyasını dəyişdi

Bugün TV

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu