İsrail ordusunun Qəzza zolağının şimalında məcburi köçkün fələstinlilərin sığındığı məktəbə endirdiyi hava zərbəsi nəticəsində onlarla insan ölüb, çoxlu sayda insan yaralanıb.
İsrail ordusunun Qəzza zolağının şimalında məcburi köçkün fələstinlilərin sığındığı məktəbə endirdiyi hava zərbəsi nəticəsində onlarla insan ölüb, çoxlu sayda insan yaralanıb.
Əl-Əqsa televiziyası və Fələstin mənbələrinin məlumatına görə, İsrail ordusu səhər saatlarında Qəzza şəhərinin əl-Durc məhəlləsindəki Fəhmi əl-Cərcəvi məktəbini hədəfə alıb. Mənbələr İsrail qüvvələrinin məktəbdə məskunlaşan köçkün mülki şəxslərə qarşı “dəhşətli qırğın” törətdiyini bildirib.
33 İNSAN HƏYATINI İTİRDİ
Hücum nəticəsində məktəb ətrafında qurulan çadırlarda baş verən yanğınlar nəticəsində ən azı 33 nəfər həyatını itirib, çox sayda insan isə yaralanıb. Mənbələr hücumdan sonra ərazidə yanmış cəsədlərin olduğunu və köçkünlərin qışqırtılarının eşidildiyini bildirib. Sosial mediada yayılan görüntülərdə çoxlu sayda uşağın öldüyü və yaralandığı, digərlərinin isə alovdan xilas olmağa çalışdığı görünür.
Sosial şəbəkələrdə trend olan videolardan birində kiçik qızın alovlar arasında təkbaşına gəzdiyi görünür. Uşağın alovdan sağ çıxıb-çıxmadığı məlum olmasa da, görüntülər İsrailin vəhşiliyini bir daha ortaya qoyub.
Amerika-İslam Əlaqələri Şurası (CAIR) də görüntüləri paylaşaraq İsrailə reaksiya verib. CAIR-in mesajında ABŞ prezidenti Donald Trampa ünvanlanıb və “Bəsdir. Netanyahu indi dayandırılmalıdır” ifadələri yer alıb.

Mənbə: HurriYet