10 C
Baku
12 Dekabr 2024, 16:43
Mədəniyyət

Sona Babayeva: “Yoldaşım mənə rəfiqəmlə xəyanət etdi”

Tamaşaçıların “Bir qadın” serialından sevib, izlədikləri Sona Babayeva Bugun.tv-yə şok açıqlamalar verib. Aktrisa həyatındakı açınacaqlı anlardan danışıb. Bütün həyatım gözümün qabağındadır. Atam Böyük Vətən müharibəsində yaralandı, çox yaşamadı. Anam yadıma düşmür…O da dünyadan tez köçüb. Bacımı da sonradan tapdım. O  ailədə, mən isə uşaq evində böyümüşəm”.

Sona Babayevanın sözlərinə görə, uşaq evindən çıxandan sonra küçələrdə gecələməyə məcbur olub.Böyüdüyüm uşaq evindən çıxdım. Qalmağa yerim yox idi. Parkda kolların arasında, oturacağın üstündə, çantamı başımın altına qoyub, büzüşüb yatırdım. Səhər tezdən küçəni süpürənlər gəlirdi, mən də qaçıb gedirdim. 6 ay çöldə yaşamışam. Sonra universitetə daxil oldum. 1 həftə tələbə yoldaşım Şahmar Ələkbərovgildə, 1 həftə isə Həsən Əblucgildə qalırdım”.

Aktirsa şəxsi həyatından, həyat yoldaşının ona xəyanət etməsindən də danışıb. “Teatrda işləyəndə yaxşı günlərim çox oldu. Səhnədə özümü xoşbəxt hiss edirdim. Amma çox çəkmədi. Sevib ailə qurmuşdum. Rəfiqəm aramıza girdi, o da aktrisa idi. Bacım kimi, qızım kimi baxırdım ona. Həyat yodaşımla mənə xəyanət etdilər”.

Bu hadisədən sonra həyat yoldaşından ayrılan Sona Babayeva övladını tək böyütməli olub. “Ayrılanda sonra məni istəyənlər çox oldu. Amma birinci həyat yoldaşım naxələf çıxdı deyə, sonra ailə qurmağa qorxdum”.

İndi sənətinə daha çox bağlanan Sona Babayevaya peşə fəaliyyətində uğurlar arzulayırıq!

Elnarə Dərziyeva

Oxşar xəbərlər

Türkiyəli rejissor “Yarat”da görüş keçirib.

Şükufə Ramizqızı

Yuima Nakadzato yeni sərginin mərkəzinə çevriləcək

İntizar Əmirova

Adamsız adamlar

Kəmalə Sultan

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu